Ziyafət Əsgərov: Beynəlxalq ictimaiyyət ikili standartlardan əl çəkərək bu hadisəyə münasibət bildirməlidir

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ziyafət Əsgərov ətraflı məlumat verib.

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ziyafət Əsgərov ətraflı məlumat verib. Erməni vandalizminin nəticəsi olan Xocalı soyqırımından, əsir və girovlarımızın aqibətindən, itkin düşmüş 3 min 118 Azərbaycan vətəndaşının taleyinin indiyədək naməlum qaldığından, terroru dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistan rəhbərliyinin qanunsuz əməllərindən, ölkəmizdə törətdikləri çoxsaylı terrordan bəhs etdi. Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılmasına dair hələ 1994-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, həmçinin sonrakı illərdə digər qurumların, Avropa Şurasının, Avropa Parlamentinin qəbul etdikləri müvafiq sənədlərin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğuladı. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində qətl edilən 2 yaşlı Zəhranın və nənəsi Sahibə Quliyevanın faciəsindən söz açıb. Beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa dövlətlərinin ikili standartlardan əl çəkərək bu hadisəyə münasibət bildirməli olduqlarını diqqətə çatdırıb. Hazırda ATƏT-ə sədrlik edən Avstriyadan Dağlıq Qarabağ probleminin çözümündə ədalətli mövqe umduğumuzu deyib.

Avstriya parlamentində ən böyük və ən nüfuzlu müxalifət partiyasını təmsil etdiklərini bildirən Yohanes Hübner səmimi etiraf etdi ki, hazırda ikili standartlar məsələsi beynəlxalq hüquqda özünü göstərir. Avropa Dağlıq Qarabağ münaqişəsini lokal məsələ kimi qəbul edir və düşünür ki, iki qonşu dövlət bu problemi öz aralarında həll etməlidirlər. Avstriya isə neytral siyasət yürüdür.Sonra bu payız Avstriyada keçiriləcək parlament seçkilərindən söz açan Yohanes Hübner bildirdi ki, qələbəyə ümidlidirlər və Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31