Gündəm
Rövnəq Abdullayev Çinin CNPC şirkətinin prezidentini qəbul edib
İyulun 7-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çin Xalq Respublikasının Milli Neft Şirkətinin (CNPC) Bakıda səfərdə olan prezidenti Vanq Yilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “OLAYLAR”-ın xəbərinə görə, görüş zamanı Çin Xalq Respublikasının prezidenti cənab Si Tszinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü və onun çərçivəsində müntəzəm olaraq keçirilən “İpək Yolu” zirvə görüşlərinin əhəmiyyəti vurğulanıb, Azərbaycanın neft-qaz sektorunun bu təşəbbüsə verə biləcəyi töhfə müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan tərəfi SOCAR GPC layihəsində Çin investorları və şirkətlərinin aktiv iştirakını hərtərəfli dəstəkləyir. CNPC şirkətinin prezidenti Vanq Yilin qeyd etmişdir ki, Çin və Azərbaycanın dövlət rəhbərləri iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verirlər və bu istiqamətdə şirkətlərarası əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Gürcü mediası erməni təxribatından yazıb
Gürcüstanın newpress.ge və nsp.ge saytları Ermənistan ordusunun iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribat və qanlı cinayətlərlə əlaqədar xəbərlər yayıb. “OLAYLAR”-ın xəbərinə görə,“Borçalı irəli” İctimai Birliyi tərəfindən həmin saytların redaksiyasına göndərilən materiallarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olması bildirilir.
Bu xəstəxanalar publik hüquqi şəxs olacaq - SİYAHI
Yaxın gələcəkdə ilkin mərhələdə publik hüquqi şəxs statusu alacaq tibb müəssisələrin bir neçəsinin adı məlum olub. Bununla bağlı açıqlama verən Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov siyahıda rayon mərkəzi xəstəxanalarının, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının, Respublika Talassemiya Mərkəzinin və bir neçə poliklinikanın yer aldığını bildirib.
Gənc alim və mütəxəssislər ermənilərin mülki əhaliyə qarşı təxribatlarını qətiyyətlə pisləyirlər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası işğalçı Ermənistan ordusunun iyulun 4-də Füzuli rayonu ərazisində törətdiyi təxribat və qanlı cinayətlərlə əlaqədar bəyanat yayıb.
Siyavuş Novruzov: “Həmsədrlərin ikinci bəyanatı Azərbaycanın artan beynəlxalq nüfuzunun nəticəsidir”
"Ermənistan daim müharibə qanunlarına əməl etmədən dinc sakinlərə atəş açır, bu məqsədlə iri çaplı silahlardan da istifadə edir. Alxanlı kəndinin atəşə tutulması nəticəsində azyaşlı uşaq da daxil olmaqla, iki nəfərin ölməsi və bir nəfərin yaralanması bir daha Ermənistan rəhbərliyinin xislətini ortaya qoyur. Onlar üçün hədəfin uşaq, qoca, qadın olmasının bir fərqi yoxdur".
Faciəvi şəkildə ölən modelin anasından ŞOK İDDİALAR - "Qızımı aldadıblar"
Model Leyla Oruclunun Bakıda özəl klinikalardan birində əməliyyat zamanı həyatını itirməsindən 15 gün ötür. Hadisənin üstündən günlər keçsə, bu mövzu mətbuatın və sosial şəbəkələrin gündəmindən çıxsa da, Leylanın ailəsinin yarası hələ də təzədir.
Rafet El Romanın meneceri Nahid Emiloğlunun həbsindən danışdı
Xəbər verdiyimiz kimi, tanınmış təşkilatçı Nahid Emiloğlu (Şükürov) türkiyəli müğənni Rafet El Romanın və Azərbaycan ifaçısı Damlanın iyun ayında ayrı-ayrı məkanlarda keçiriləcək konsertləri üçün saxta bilet satışı ilə bağlı Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları tərəfindən saxlanılıb.
Nazirlik araşdırdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Lüvəsər kəndi ərazisində qum-çınqıl karxanalarının qanunsuz fəaliyyət göstərməsi, ağacların susuzluqdan quruması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
Ərdoğanın korteji saxlanıldı
G20 sammitində iştirak etmək üçün Almaniyanın Hamburq şəhərinə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın korteji 10 dəqiqə saxlanılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Ərdoğanın oteldən çıxaraq sammitin keçiriləcəyi beynəlxalq ticarət mərkəzinə getdiyi vaxt inşaat kranının üzərində dayanan şübhəli şəxs alman polisini hərəkətə keçirib.
Brüsseldəki Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək
İyulun 14-də Brüssel şəhərində Avropa Azərbaycanlıları Konqresi tərəfindən Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatına etiraz əlaməti olaraq yürüş keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, yürüşün keçirilməsində məqsəd Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin atəşə tutulması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq və dünya birliyini Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş torpaqlarında özbaşınalığına son qoymağa çağırmaqdır.
Ermənistan rejimi öz xalqını Türk xalqlarına qarşı nifrət yönündə yetişdirir
“Region” Beynəlxalq Analitik Mərkəz erməni vəhşiliyi ilə bağlı bəyənat verib və dünya xalqlarını 2 yaşlı Zəhraya öz balaları kimi yanaşmağa səsləyib. “OLAYLAR”-a daxil olan bəyanatda qeyd edilib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal altında olan Füzuli rayonunun Alxanlı kəndini qumbaratanlardan atəşə tutub və 2 yaşlı Quliyeva Zəhra və nənəsi vəhşicəsinə qətlə yetirilib.
Avstraliyanın XİN rəhbərinə müraciət göndərildi
Avstraliyada fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın və nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın isə yaralanması faktları ilə bağlı Avstraliyanın Xarici İşlər naziri xanım Culi Bişopa müraciət ünvanlayıb. “OLAYLAR”-ın xəbərinə görə, müraciətdə bildirilir ki, bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu və işğalçı mahiyyətini bir daha ortaya qoyur.
Sosial işçilər insan alveri qurbanları ilə necə davranmalı?
İnsan alveri qurbanlarının reabilitasiyasının təşkili, bu sahədə çalışan sosial işçilərin, psixoloq və tibb işçilərinin peşəkarlığının artırılması məqsədi ilə təlim keçirilib.
Fransa parlamentarilərinin Makrona müraciəti: 25 ildir davam edən status-kvoya və Azərbaycan ərazilərinin işğalına son qoymağın vaxtıdır
İyulun 5-də Fransa parlamentinin bir qrup deputatı – sabiq nazir, Avropa parlamentinin deputatı Rəşidə Dati, sabiq nazir, Yuxarı Ren departamentindən senator Jan-Mari Bokel, Luare departamentindən deputat Jan-Pyer Dor, Şarant departamentindən deputat Jerom Lambert, Yuxarı Ren departamentindən deputat Jan-Lük Reitzer, Yonn departamentindən deputat Andre Vilye, Aşağı Ren departamentindən senator, Avropa İşləri üzrə Komissiyanın vitse-prezidenti, Fransa–Qafqaz Dostluq Qrupunda Azərbaycan üzrə sədr Andre Rişar, Orn departamentindən senator, xarici işlər komissiyasının müdafiə və silahlı qüvvələr üzrə vitse-prezidenti, Fransa-Qafqaz Dostluq Qrupunun vitse-prezidenti Natali Qule, Somm departamentindən senator Jerom Binyon, Luare departamentindən senator Erik Dolij, En departamentindən senator Silvi Go-Şavan, Kot-d”Or departamentindən senator Alen Uper, Möz departamentindən senator Kristian Nami, Uaz departamentindən senator Alen Vassel, sabiq deputat, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, sabiq deputat, Kle-Suyi şəhərinin meri İv Albarello, sabiq deputat, Arkaşon şəhərinin meri İv Fulon, sabiq deputat, Udan şəhərinin meri Jan-Mari Tetar, sabiq deputat, Jorj Feneş Prezident Emmanuel Makrona müraciət ünvanlayıblar.
Qadınlara ailə büdcəsinin düzgün idarə olunması öyrədilir
“Ailə büdcəsinin düzgün idarə olunması” istiqamətində maarifləndirmə işinin aparılması məqsədi ilə Zaqatala rayonunda tədbir keçirilib. “Olaylar” xəbər verir ki, Zaqatalanın Dağlı kəndində baş tutan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə büdcəsinin düzgün idarə olunması” mövzusunda gənc xanımlar üçün təlimatlandırıcı təqdimatı nümayiş edilib.














