Gündəm

Qanada qızıl mədəni çökdü: 22 ölü

7 İyul 2017 17:04

Qanada qızıl mədənində çökmə baş verib. Çökmə nəticəsində 22 nəfər həlak olub. Çökmənin yerin 80 metr dərinliyində baş verdiyi bildirilir. Qəzanın səbəbləri islə məlum deyil. Hadisə nəticəsində həlak olanların qeyri-leqal işçilər olduğu bildirilir.

Azərbaycanın növbəti zərbəsi: Ermənilər öz qazdıqları quyuya düşdülər

7 İyul 2017 17:01

Alxanlıdakı hadisə - 2 yaşlı körpənin və nənəsinin ermənilər tərəfindən öldürülməsi bir neçə gün içində dünyanın bir sıra nüfuzlu media orqanlarında yayımlandı və törədilən hadisə pisləndi. Assosiated Press, BBC, Euronews, New York Times, Washington Post, Le Monde və digər bu kimi aparıcı media orqanları hadisəni obyektiv işıqlandırdı, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yaydılar. Nəticə etibarilə beynəlxalq təşkilatlar - ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın məhz Ermənistan olduğunu göstərdilər.

Müstəqil medianın varlığı söz və fikir azadlığına şərait yaradır

7 İyul 2017 16:55

Etiraf edilməlidir ki, özünü demokratik elan edəl dövlətlərdə söz, fikir və mətbuat azadlığının təmin olunması vacib şərtlərdən hesab olunur. Bunun üçün isə müstəqil medianın mövcudluğu əsas elementlərdəndir.

“Yagelloniya” - “Qəbələ” oyununun başlama saatı müəyyənləşib

7 İyul 2017 16:52

“Qəbələ” komandasının Avropa Liqasının II təsnifat mərhələsinda Polşa “Yagelloniya”sı ilə cavab matçının başlama saatı müəyyənləşib.

Nazirlik: Pomidor 30 qəpiyə qədər ucuzlaşacaq

7 İyul 2017 16:49

Mövsümü olmasına baxmayaraq, bazarlarda pomidorun qiyməti 1 manat - 1 manat 20 qəpikdən ucuz deyil. Təxminən 3 həftə əvvəl qiyməti 60 qəpiyə qədər ucuzlaşan pomidorun indiki vaxtda bu qədər baha olmasının səbəbi nədir? 

Yaponiyada sürüşmə 11 nəfəri öldürdü, 14 nəfəri itirdi

7 İyul 2017 16:38

Aramsız yağışlardan sonra Yaponiyanın Kyusyu adasında baş verən sürüşmələr nəticəsində 11 nəfər ölüb, 14 nəfər itkin düşüb.  Həlak olanların əsasən yuxarı dağlıq ərazilərdə yaşayan yaşlı insanlar olduğu bildirilir.

"Başımın üstündən keçdi, qardaşımgilin həyətinə düşdü..." - Zəhranın qohumu – VİDEO

7 İyul 2017 16:35

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ağır qəlpə yarası alan 52 yaşlı Quliyeva Sərvinaz İltifat qızının müalicəsi N saylı hərbi hospitalda davam etdirilir. 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının nəşləri isə Zobucuq qəsəbəsinə gətirilib. Alxanlı kəndində dinc sakinlərin və mülki obyektlərin atəşə tutulması səbəbindən yas mərasimi burada keçirilib.

AHİK İcraiyyə Komitəsi bəyənat yaydı

7 İyul 2017 16:30

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı bəyənat yayıb. Bəyənatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun cəbhəyanı ərazidə yerləşən Alxanlı kəndini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olması və 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının qəlpə yarası alması Ermənistanda terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir.

Bakcell yeni təlimlər vasitəsilə “AppLab” iştirakçılarının bacarıqlarını zənginləşdirir

7 İyul 2017 16:28

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “AppLab” proqramının iştirakçıları üçün onların davamlı inkişafına istiqamətlənən treninqlər keçirir. Şirkətin inkubasiya mərkəzində 7 layihə üzrə fəaliyyət göstərən qrup üzvləri aşağıda göstərilən mövzular üzrə keçirilən treninqlərdə iştirak edərək öz bacarıqlarını artıracaqlar:

“Azərbaycan bizi bu silahlarla məhv edəcək” – Ermənistanda MÜHARİBƏ QORXUSU

7 İyul 2017 16:28

Erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndinə hücum edərək iki yaşlı Zəhranın və nənəsini qətlə yetirməsi bu ölkənin ictimaiyyətində müharibə qorxularını artırıb. Publika.az xəbər verir ki, erməni jurnalist Sarkis Artsruni müharibənin başlayacağı haqda yazıb. Erməni jurnalist qeyd edir ki, “biz müharibəyə yaxınlaşdıq və bu, Ermənistan üçün böyük təhlükə ola bilər”. “Hətta “aprel müharibəsi”ndən də təhlükəli olan döyüş başlaya bilər. “Aprel müharibəsi” “ildırımsürətli” idi. İndi isə müharibənin motivləri çox dərin və çoxqatlıdır”, - deyə o vurğulayıb. S.Artsruni yazır ki, Azərbaycan Dağlıq Qarabağda mövcud statrus-kvonu dəyişdirmək üçün geri çəkilməyəcək: “Ermənistanda isə Serj Sarkisyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün bu müharibədən istifadə edir”. Digər erməni jurnalist Tavos Arşakyan isə mümkün müharibədə Rusiyanın Ermənistanı müdafiə etməyəcəyini düşünür.

Ermənistan müharibəyə başladı

7 İyul 2017 16:20

Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib.

Zərdabi Mətbuat Mərkəzi QHT Şurasının dəstəyi ilə reallaşdırdığı layihə üzrə yekun “dəyirmi masa”nı İsmayıllıda keçirib

7 İyul 2017 16:19

Bu gün “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində “İlk mənbədən informasiya alınması: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa” keçirib. Qurumun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyləşdirdiyi “İlk mənbədən informasiya alınmasının təşviqi ilə “Açıq hökumət” quruculuğuna dəstək” layihəsi çərçivəsində reallaşdırılmış tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, media təmsilçiləri iştirak ediblər.

Supergüclərin dialoqu: dinamik tarazlıqla harmoniya arasındakı risklər

7 İyul 2017 16:17

Vaşinqtonda ABŞ-la Çin təmsilçilərinin müzakirələr aparmasına dünya KİV-i maraq göstərib. Tərəflər qlobal səviyyədə əhəmiyyəti olan bir sıra problemlər haqqında fikir mübadiləsi aparıblar. Onlar daha çox Şimali Koreyanın nüvə silahı və ballistik raketləri ətrafında danışıblar. Rəsmi Vaşinqton açıqca Çindən tələb edib ki, koreyalıları durdursun. Bu baş verməsə həm Şimali Koreyaya, həm də Çinə pis olacaq. Amerika nümayəndələri konkret ifadə ediblər ki, Çinə ağır zərbə vurula bilər.

Lionel Zetter “The Times”, “The Guardian”, “The Economist” və “New York Times" müraciət etdi

7 İyul 2017 16:18

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə xəbərlərə dünya mediasında geniş yer ayrılıb. Beynəlxalq medianı məlumatlandırmaq məqsədi ilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter “The Times”, “The Guardian”, “The Economist” və “New York Times” kimi milyonlarla oxucu auditoriyası olan nüfuzlu qəzet və dərgilərə məktubla müraciət edib. Avropa Azərbaycan Cəmiyyəti məktubu "Olaylar" - a təqdim edir. Məktubda deyilir:

Zərərçəkənlər Eldar Mahmudovun məhkəmədə dindirilməsini istəyiblər

7 İyul 2017 16:14

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ələsgər Əliyevin epizodu üzrə şahidlər ifadə veriblər.