Gündəm
Taleh Bağırovun apellyasiya şikayətinə baxıldı
Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, Müsəlman Birliyi adlı təşkilatın sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət qaldırıb. Müdafiə tərəfi prosesin qismən istintaqla aparılmasını istəyib. Məhkəmə vəsatətləri təmin etməyib.
Erməni tərəfi TƏSDİQLƏDİ: xeyli itkilər var
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun zərbələri nəticəsində verdiyi itkilərin bir hissəsini təsdiq edib.
Aşıq Əlinin yaxın qohumunu öldürənin atası: "Kaş mənim oğlum ölərdi"
Toyda spirtli içki qəbul edərək keçmişdə ədavəti olan idmançını qətlə yetirməkdə təqsirləndirilən 1989-cu il təvəllüdlü Vüsal Nemətovun cinayət işi üzrə məhkəmə başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən Vüsal Neymətov özünü tam təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verib.
Kipr müzakirələri başa çatdı — 10 günlük müzakirələr nəticəsiz qaldı
İsveçrədə keçirilən Kipr danışıqları başa çatıb. Krans-Montana şəhərində 10 gün davam edən danışıqlarda nəticə əldə edilməyib. Bu barədə Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu məlumat verib.
İranın Məşhəd şəhərində 21 nəfərlik terrorçu qrup zərərsizləşdirildi
İranın kəşfiyyat orqanları Məşhəd şəhərində 21 nəfərdən ibarət terrorçu qrupu zərərsizləşdirib. Bu barədə məlumat verən Məşhəd şəhərinin prokuroru Həsən Heydəri jurnalistlərə bildirib ki, uzun müddət müşahidə altında olan bu şəxslər tez-tez Əfqanıstan və Pakistan sərhədlərini qanunsuz yollarla keçərək radikal terror qruplaşmaları ilə əlaqə saxlayırdılar.
Ağdamda bir ailənin 6 üzvü tortdan zəhərlənib
Ağdamda altı nəfər tortdan zəhərlənib. Rayonun Xındırıstan kəndində tort yedikdən sonra halı pisləşən Babayevlər ailəsi üzvləri AğdamMərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlar 1949-cu il təvəllüdlü Nazim Babayev, 1953-cü təvəllüdlü Nailə Babayeva, onların oğlu Babayev Ramil Nazim oğlu, R. Babayevin uşaqları - 13 yaşlı Nəzrin, 11 yaşlı Nailə və 7 yaşlı Orxandır. Həmin şəxslərin vəziyyəti ağırdır.
Nazir müavini: “Publik hüquqi şəxsə çevrilən universitetlər indi də dövlət ali təhsil müəssisələridir”
"Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, artıq Azərbaycanın dörd dövlət ali təhsil müəssisəsi - Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsə, yeni təşkilati hüquqi formaya çevrilib".
Türkiyədə dövlət çevrilişinə cəhddən sonra tutulanların sayı açıqlanıb
Türkiyədə ötən ilin 15 iyulundan indiyədək dövlət çevrilişinə cəhddə ittiham olunaraq barələrində hüquqi tədbirlər görülən şəxslərin sayı 168 801 nəfərdir.
Masazır dairəsində sıxlığı azaltmaq üçün yeni yol hissəsi yaradılıb
Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlərin “Azəravtoyol” ASC-nin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə aşkar edilərək aradan qaldırılması, həmçinin bu çərçivədə yeni yol və yol hissələrinin tikintisi uğurla davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, növbəti bu cür addım Bakı-Quba-Rusifa Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 13-14-cü km-lik (Bakı-Sumqayıt yolu) hissəsində atılıb.
İstanbulda “Ya Qarabağ, ya ölüm” şüarı
Türkiyənin İstanbul şəhərində Dünya Çempionlar King Boks Gecəsi keçirilib. Beynəlxalq Diaspora Mərkəzinin mıtbuat xidmıtindən “OLAYLAR”-a bildirilib ki, final yarışında əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Sinan Ulutürk Azərbaycan xalq mahnısı “Sarı gəlin”-in sədaları altında Azərbaycan bayrağı ilə “Qarabağ Azərbaycanındır” şüarı və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) loqosunu əks etdirən köynəklə rinqə çıxıb.
Musiqili Teatr Tehranda
Musiqili Teatrının kollektivi teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin rəhbərliyi ilə İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə yola düşüb. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, İranda keçirilən Azərbaycan Mədəniyyət Günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehranda olduğu müddətdə dahi Üzeyir Hacıbəylnin “Ər və arvad” tamaşasını nümayiş etdirəcək.
Transseksual Şamplena Bakının bir rayonunu vahimədə saxlayır
Kriminal aləmin bir nümayəndəsi olan "oğru", hətta azadlıqda olanda belə, cinayət dünyasının qanunları ilə yaşayır. Əlbəttə, cinayətkarın milliyyəti, seksual oriyentasiyası yoxdur. Bu günlərdə Bakının Nizami rayonu ərazisində baş verənləri nəzərə alsaq, cinayət dünyasında paradoksları da istisna etmək olmaz.
Sahibkarlar Yevlaxa yığışıblar
İyulun 7-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində “Sahibkarlığın inkişafı üçün həyata keçirilən islahatlar, sahibkarların maraqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib.
Şahin Mustafayev Çinin “Huawei” şirkətinin vitse-prezidenti ilə görüşüb
İyulun 7-də iqtisadiyyat naziri Şahin Mustafayev Çinin “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Hou Tao ilə görüşüb.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, İKT sahəsində əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolunu vurğulayıb.
Holoqrafik ekranlı ilk smartfon təqdim olunub
“RED” şirkəti unikal holoqrafik ekranı ilə seçilən “RED Hydrogen One” smartfon modelini təqdim edib. Qurğu ilə iş üçün istifadəçilərdən kaska və xüsusi eynəyin geyilməsi tələb olunmur.










.jpg)



