Musiqili Teatr Tehranda
Musiqili Teatrının kollektivi teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin rəhbərliyi ilə İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə yola düşüb. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, İranda keçirilən Azərbaycan Mədəniyyət Günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehranda olduğu müddətdə dahi Üzeyir Hacıbəylnin “Ər və arvad” tamaşasını nümayiş etdirəcək.
7 İyul 2017 17:47 MədəniyyətMusiqili Teatrının kollektivi teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin rəhbərliyi ilə İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə yola düşüb. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, İranda keçirilən Azərbaycan Mədəniyyət Günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehranda olduğu müddətdə dahi Üzeyir Hacıbəylnin "Ər və arvad" tamaşasını nümayiş etdirəcək.
" Mədəniyyət və Turizm nazirimiz cənab Əbülfəs Qarayevin rəhbərliyi ilə ölkəmizin tanınımış mədəniyyət və incəsənət xadimləri böyük bir heyətdə artıq bir neçə gündür ki, İrandadır. Ölkəmizi teatr kollektivi olaraq bu mötəbər tədbirdə Musiqili Teatr təmsil edəcək. Böyük Üzeyir Hacıbəylnin "Ər və arvad" iki hissəli musiqili komediyasını Tehranın "Hünər" Sarayında iki dəfə - iyulun 7-də və 8-də qonşu və dost ölkənin teatrsevərlərinə təqdim edəcəyik",- deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.
"Ər və arvad" tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Tamaşada rolları Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edirlər.