Gündəm

Zərərli proqram təminatının sayında azalma qeydə alınıb

7 İyul 2017 19:23

“AV-Test Son” laboratoriyası 2016-2017-ci illər üçün informasiya təhlükəsizliyi üzrə hesabat təqdim edərək son ildə zərərli proqramların sayında 2015-ci illə müqayisədə 14 faiz azalmanın qeydə alınmasına baxmayaraq onların daha mürəkkəb xarakter almasını bildirib. Hesabata görə, 2016-cı ildə 127,5 milyon zərərli proqram aşkarlanıb. Bir il əvvəl bu göstərici 144 milyon təşkil edib.  

Yeni elektrik mühərrikli təyyarə min km uçacaq

7 İyul 2017 19:18

“Eviation Aircraft” şirkəti əlavə enerji toplamadan min km məsafəni qət edən elektrik sərnişin təyyarəsinin işlək prototipini təqdim edib. 9 sərnişin və 2 ekipaj üzvünü daşıyan kiçik təyyarə “Eviation Aircraft” şirkəti tərəfindən “NASA On-Demand Mobility Program” proqramı çərçivəsində yaradılıb. 2018-ci ilin sonunadək təyyarənin bütün lazımi sertifikasiyadan keçərək seriyalı istehsala daxil olacağı gözlənilir. Hava gəmisinin başlıca innovasiyası konstruksiyada yeni tip akkumulyator batareyasının quraşdırılmasıdır.

Yeni "görünməz" proqram MMS mesajın köməyilə smartfonları virusa yoluxdurur

7 İyul 2017 19:12

Ekspertlər MMS mesajların köməyilə telefonları virusa yoluxduran yeni zərərverici proqram haqda xəbərdarlıq ediblər. Virus informasiyanı istifadəçinin telefon kitabçasından əldə edir: kontaktlardan birini seçərək onun adını MMS mesajı göndərən şəxs kimi göstərir. Beləliklə, qurban ona dostundan şəkil göndərildiyini zənn edir. Göndərilmiş faylın üzərinə klik etdikdən sonra smartfona “.apk” genişlənməli virusa yoluxmuş proqram quraşdırılıb.

Bunu bilirdiniz?-Bal yanıqları sağaldır

7 İyul 2017 19:09

Alimlərə görə, bal yüngül və aşağı dərəcəli yanıqları yumşalda və sağalda bilir. Bu, yanıqları ənənəvi müalicə üsullarının alternativi ola bilər. Yeni Zelandiyadakı Oklend universitetində klinik sınaqların tədqiqi şöbəsinin aparıcı tədqiqatçısı, doktor Endrü Cul təsdiq edir ki, “biz bu nəticələrə ehtiyatla yanaşırıq, lakin deyəsən bal bəzi tip yanıqlarda sağalmanı sürətləndirməyə kömək edə bilər”.

Merve ilə Murad boşanırlar

7 İyul 2017 19:04

Aktrisa Merve Boluğurla müğənni Murad Dalkılıç boşanır.  Ötən aylarda ayrılmaları ilə bağlı xəbərlər yayılan cütlük ailə həyatına son qoymaq qərarına gəlib. Merve ilə Murad evlərini də ayırıb. Belə ki, Murad Bodruma köçüb, Merve isə İstanbulda qalır. 

Ermənistan ordusuna ağır zərbə: düşmən ağır itkilərə məruz qaldı - VİDEO

7 İyul 2017 19:01

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib.

Gün yanıqlarına qarşı ən yaxşı MÜALİCƏ ÜSULLARI

7 İyul 2017 19:00

Çimərlik mövsümündə gün yanıqları problemi çox aktual olur. Alov və ya kimyəvi maddələrdən olan yanıqlardan fərqli olaraq, gün yanıqları özünü dərhal büruzə vermir, insanı "aldadır". Yalnız çimərlikdən evə qayıtdıqdan bir neçə saat sonra dəri qızarmağa və şişməyə başlayır, quru və həssas olur, qaşınır, ağrıyır.

"Qarabağ" Çempionlar Liqası üçün sifariş ərizəsini UEFA-ya göndərdi

7 İyul 2017 18:55

"Qarabağ" klubu Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Samtredia" ilə keçirəcəyi matçlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

“Minsk qrupunun bəyanatı Azərbaycanın artan nüfuzundan xəbər verir”

7 İyul 2017 18:47

ATƏT Minsk qrupunun həmsədrləri Alxanlıdakı hadisə ilə bağlı ikinci bəyanatlarında təxribatların Ermənistan tərəfindən törədildiyini, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğunu aydın şəkildə etiraf etdilər.

Putin və Trampın görüşü baş tutdu

7 İyul 2017 18:45

Almaniyanın Hambruq şəhərində "Böyük iyirmilik" (G20) ölkələrinin sammiti çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşü baş tutub. Bu, dövlət başçıları arasında ilk şəxsi görüşdür. Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş baş tutub.

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” yaradıldı

7 İyul 2017 18:42

İyulun 7 – də innovasiyalar sahəsində ixtisaslaşmış 10 şirkətin arasında “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun yaradılması ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb. Tədbiri giriş sözü ilə açan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycanın hazırkı inkişaf dövründə əsas hədəflərinin çoxşaxəli, innovasiya yönümlü iqtisadiyatın formalaşdırılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və beynəlxalq ixrac və rəqabət imkanlarının genişləndirilməsi olduğunu vurğulayıb. İnam Kərimov həmçinin bildirib ki, son illər dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatların nəticəsi olaraq beynəlxalq səviyyədə nümunəvi modellər tətbiq edilib və cənab Prezident İlham Əliyevin həyata keçirtdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət” buna bir nümunədir. “ASAN xidmət”in məqsədlərindən biri məhz innovativ yeniliklərin dövlət xidmətlərinə tətbiq edilməsidir, buna misal olaraq dövlət xidmətlərinin elektronlaşdırılması, “ASAN ödəniş” sistemi, ASAN Viza və s. göstərmək olar.

Müvəkkil Hüquq Mərkəzinin bəyanatı

7 İyul 2017 18:39

Müvəkkil Hüquq Mərkəzi  2 yaşlı Zəhranın erməni  terroçuları tərəfindən  öldürülməsini qətiyyətlə pisləyir. İnsan hüqularına qarşı törədilmiş bu qəsdi insanlıq üçün utancverici bir hadisə hesab edirik. Dünyada qondarma soyqırımı təbliğatı aparan ermənilər  iyirminci yüzillikdə 2 dəfə Azərbaycan türklərinə qarşı soyqırımı aparıblar.    

Dağ yəhudiləri dini icmasının rəhbəri: "Bütün dünya Ermənistanın insanlıq əleyhinə cinayətindən xəbərdar olsun"

7 İyul 2017 18:37

Azərbaycana qarşı, xüsusilə də dinc sakinlərə qarşı növbəti erməni təxribatı bəşəriyyətə qarşı cinayətdir. Bunu Bakı dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevdeyib. Onun sözlərinə görə, Ermənistan bu cinayətkar hərəkətlərinə görə cəzalandırılmalıdır. M.Yevdayev qeyd edib ki, cəzasız qalmaqla Ermənistan bu cür cinayətləri törətməkdə davam edəcək: "Biz, Azərbaycanda yaşayan yəhudilər, Ermənistanın Azərbaycana qaşrı cinayətkar əməllərini qətiyyətlə pisləyirik. Biz hər şeyi edəcəyik ki, bütün dünya Ermənistanın insanlıq əleyhinə cinayətindən xəbərdar olsun".

Sabirabadda yol tikintisinə 14 milyon manatdan çox vəsait ayrıldı

7 İyul 2017 18:24

Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Messidən xeyirxah addım

7 İyul 2017 18:18

Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi toyundan qalan yemək və içkiləri Rosario şəhərindəki xeyriyyə təşkilatına verib.