Gündəm

Marko Vandervitz : "Dinc əhalinin atəşə tutulması dayandırılmalıdır"

8 İyul 2017 10:20

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonun Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqın Xristian Demokrat İttifaqından olan deputatı Marko Vandervitz bəyanatla çıxış edib. Avropa Azərbaycan Cəmiyyəti "Olaylar" - a bəyanatı təqdim edir:

Təyyarə qəzası

8 İyul 2017 07:08

ABŞ-ın Cənubi Karolina ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə polisə istinadən "Associated Press" məlumat yayıb. Hadisə iyulun 7-də günorta saatlarında baş verib.

Robert Sekuta: "ABŞ Azərbaycanı hər zaman dəstəkləyəcək"

8 İyul 2017 06:52

İyulun 7-də ABŞ-ın Müstəqillik Gününün 241-ci illiyi münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib. Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Qəbulda çıxış edən səfir Robert Sekuta bildirib ki, müstəqilliyin 241-ci ildönümü ABŞ ilə Azərbaycanın diplomatik münasibətlərinin 25 illiyinə təsadüf edir. Azərbaycan ilk dəfə müstəqilliyini 1918-ci ildə əldə edib. Xalq Cümhuriyyəti adlanan bu dövlət qadınlara səsvermə hüququ verən ilk respublika olub. Bu, ABŞ-dan daha əvvəl olub və Azərbaycan haqlı olaraq bundan fəxarət duyur.

Vaşinqtonda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirildi

8 İyul 2017 06:50

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Yerevanın hərbi təxribatlar nəticəsində Azərbaycanın dinc sakinlərin həlak olmasına qarşı etiraz aksiyası keçirilib. Səfirliyin qarşısında insanlar iki yaşlı Zəhra Quliyevanın həlak olmasını pisləyiblər.

Yaşayış binasında partlayış

8 İyul 2017 06:46

Türkiyənin Qaziantep şəhərində yaşayış binasında partlayış baş verib. Partlayış zamanı 7 nəfər yaralanıb. Partlayışın binanın daxilindəki motosikldən qaynaqlandığı ehtimal olunur.

Kartof qan təzyiqini aşağı salır?

7 İyul 2017 20:15

Skrenton Universitetinin əməkdaşı Co Vinsonun rəhbərlik etdiyi ekspertlər qrupu müəyyən ediblər ki, gün ərzində bir qədər kartof yemək yulaf yarması kimi, çəkini artırmadan qan təzyiqini aşağı salmağa qadirdir.

İntensiv hərəkət insan ömrünü daha da uzadır...

7 İyul 2017 20:02

Hamıya çoxdan məlumdur ki, müntəzəm surətdə velosiped sürmək sağlamlığa və ömür uzanmasına müddətinə yaxşı təsir göstərir. Kopenhagendəki Bispebjerg Universitet xəstəxanasının professoru Piter Şnorun rəhbərliyi ilə alimlər bu mövzuda maraqlı tədqiqat aparıblar.

ŞOK: Bir çay qaşığı duz belə, insanın zehnini zəiflədir...

7 İyul 2017 19:56

Kanadadakı Toronto Universitetinin alimləri duzun insanın əqli qabiliyyətinə mənfi təsir etdiyini müəyyən ediblər. Belə ki, 67-84 yaş arasında 1.262 nəfərin cəlb edildiyi tədqiqat zamanı onlara gündə 1 çay qaşığı duz verilib. Məlum olub ki, yemək və içkilərin tərkibində gündə 1 çay qaşığı duz belə, insanın zehnini zəiflədir və alsgeymer xəstəliyi riskini artırır.

Qadınlar üzü təmiz kişiləri bəyənir...

7 İyul 2017 19:50

Yeni Zelandiya və Kanadada qadınların hansı kişiləri sevməsi ilə bağlı maraqlı araşdırma aparılıb.  Əsas məqsəd zərif cinsin nümayəndələrinin saqqallı, yoxsa üzü təmiz olan kişiləri sevdiyini müəyyən etmək olub. Araşdırmada iştirak edən qadınlara saqqallı və üzü qırxılan kişilərin fotoları göstərilib.  Qadınların böyük qismi üzü təmiz kişiləri bəyəndiklərini deyiblər.

Yorğunluğunuzun səbəbini boşqabınızda axtarın - 5 MƏHSUL

7 İyul 2017 19:45

Yorğunluq, xüsusilə qida qəbulundan sonra süstlük kimi hallarla tez-tez rastlaşırıq. Heç bir fiziki və zehni əməklə məşğul olmadan, ən əsası, gecənin normal istirahətindən sonra belə, xoşagəlməz hallar yarananda səbəbini heç cürə aydınlaşdıra bilmirik.

“Ağıllı” zibil qabı dəmir yolu vağzalında təmizliyə riayət edəcək

7 İyul 2017 19:40

Fransanın dəmir yolu vağzallarının təmiz saxlanılmasında ixtisaslaşan “Gares&Connexions” ekspertləri “Immersive Robotics” şirkətinin mühəndisləri ilə səylərini birləşdirərək binaların təmizliyinə riayət edərək insanların mədəniyyətini artıracaq robotlaşdırılmış zibil qabı yaradıblar.

Mobil virus dünyada 14 milyon qurğunu yoluxdurub

7 İyul 2017 19:36

“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara nüfuz edən “CopyCat” virusu 14 milyon smartfonu yoluxdurub. Bu barədə “Check Point Software Technologies” şirkətinin məlumatında deyilir. Virus sistemə daxil olaraq reklam gəlirlərini generasiya etməyə başlayır. Ekspertlərin sözlərinə görə, “CopyCat” virusu hakerlərə 1,5 milyon dollar qazanc gətirib.

Alimlər prosessor və əməli yaddaşı özündə birləşdirən çip yaradıblar

7 İyul 2017 19:32

Prosessor və əməli yaddaş arasında məlumat mübadiləsi zamanı məhdud buraxılış qabiliyyəti daha məhsuldar kompüterlərin yaradılmasına mane olan əsas problemlərdən biridir.

ABŞ alimləri: Çalışqan insanlar daha çox yaşayırlar

7 İyul 2017 19:28

ABŞ alimlərinin qənaətinə görə, gərgin əmək ömrü orta hesabla 4 il uzadır, hərçənd əvvəllər belə hesab edilirdi ki, həddindən artıq işləmək ömrü qısaldır. Kaliforniya Universiteti mütəxəssislərinin fikrincə, çalışqanlıq insanlarda bir çox keyfiyyətlərin, məsələn, düşüncəlilik, iddialılıq, mütəşəkkillik və düzlük kimi cəhətləri inkişaf etdirir. Bu keyfiyyətlər təkcə peşə sahəsində deyil, həm də şəxsi həyatda özünü büruzə verir.