Gündəm
IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə
İyulun 11-də Gənlər və İdman Nazirliyinin təşkilatçılığı, "Azəridmanservis" MMC-nin dəstəyilə və GİN-nin mətbu orqanı "İdman" qəzetinin informasiya dəstəyilə Muzey Mərkəzində "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək. Fotoqraflar Birliyindən "Olaylar" - a bildirilib ki, 21 idman növü üzrə 54 ölkənin qatıldığı Beynəlxalq yarışmada 6000 idmançı öz gücünü sınamış qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparıb. Şərqlə qərbi birləşdirən bu mötəbər yarış Azərbaycanın beynəlxalq arenada imicini daha da möhkəmləndirib.
Lənkəranda 26 barmaqlı uşaq
Lənkəranın Aşağı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Yüsif Elnur oğlu Abbasovun 26 barmağı var. Yaxınları onun 20 deyil, 26 barmağının olmasının azyaşlı üçün çətinlik yaratmadığını deyirlər. Bildirilir ki, uşaq həmyaşıdlarından daha aktivdir, dəfələrlə həkim müayinəsinə aparılıb, səhhətində heç bir problem olmayıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkimi Rasif Axundov deyib ki, bu, irsidir: "Belə uşaqların həyatı üçün heç bir təhlükə yoxdur. Cərrahiyyə yolu ilə artıq barmaqları kəsmək mümkündür".
Azərbaycan UNESCO-nun festivalında təmsil olunacaq
Azərbaycanın qatı düşməni mafiya başçısı imiş
İtaliyanın Apuliya vilayətində TAP qaz kəmərinin tikintisinin qatı əleyhdarlarından biri olan Avetran şəhərinin meri Antonio Mino İtaliya polisi tərəfindən həbs edilib. O, polis tərəfindən "Koza Nostra" mafiya klanının mümkün rəhbərlərindən biri kimi şübhəli qismində saxlanılıb. Aparıcı İtaliya nəşrləri "La Republica" və "La Stampa"nın yazdıqlarına əsasən, Antonio Minonun həbsi son illər ərzində mafiyaya qarşı aparılan ən irimiqyaslı əməliyyat çərçivəsində baş tutub. Əməliyyatın məqsədi kriminal qruplaşmaların 116 nümayəndəsinin həbsidir. Xüsusi əməliyyatda 1000 nəfərdən artıq polis əməkdaşı iştirak edir, mafiyanın daldalanacaqlarının aşkar edilməsi məqsədilə helikopterlərdən və digər xüsusi texnikadan, həmçinin kinoloji təcrübəyə malik itlərdən istifadə edilir.
Rusiyada qumbara partladı: Ölən və yaralanan var
Rusiyanın Kaluqa vilayətinin Jizdr şəhərinin Lyudinov rayonunda qumbaranın partlaması nəticəsində bir yeniyetmə ölüb, ikisi yaralanıb. Bu haqda regional İstintaq İdarəsindən TASS-a bildirilib. "13 yaşlı yeniyetmə qohumlarının sarayından qumbara tapıb. Öz yaşıdlarını qorxutmaq istəyib. Qumbara ilə ehtiyatsız davrandığı üçün özü ölüb, 10 və 14 yaşlı daha iki yeniyetmə isə yaralanıb", - deyə məlumatda bildirilib. Hadisə ilə bağlı Rusiya Daxili İşlər Nazirliyi Kaluqa vilayəti İdarəsində cinayət işi açılıb.
TRT1 Alxanlıda
Türkiyənin TRT1 kanalı Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən öldürülən Zəhranın yaşadığı evdən reportaj yayımlayıb. TRT 1 kanalı 2 yaşlı Zəhranın ölümünü dünyaya çatdırmaq məqsədilə “Ana xəbər” burxılışı üçün hazırladıqları özəl bölümü təqdim edib. Aparıcı süjeti yayımlamadan öncə “16 aylıq Zəhranın ölümü erməni təcavüzünün simvolu oldu” deyib.
PKK hücum etdi
PKK terror təşkilatı Türkiyənin Hakkari vilayətinin Yüksəkova mahalında yol inşaatında çalışan işçilərə hücum edib. İran sərhədində yerləşən Çobanpınar kəndinin yaxınlığında təşkil edilən hücumda 2 işçi yaralanıb. Yaralılar Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirilib.
Teatr ictimaiyyəti Alxanlı hadisəsi ilə bağlı bəyanat yaydı
Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkənin teatr ictimaiyyəti işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin atəşə tutulması və insanların həlak olması ilə bağlı bəyanat qəbul edib. Dünya ictimaiyyətinə ünvanlanan bəyanatda bildirilir ki, Azərbaycan torpaqlarına yiyələnmək məqsədi güdən işğalçı Ermənistan davamlı olaraq uşaq, qadın və ahılları hədəf seçməklə onların həyatını təhlükə altına alır. 4 iyul 2017-ci il tarixdə dünya ictimaiyyəti erməni vəhşiliyinin bir daha şahidi oldu. Heç bir hərbi məntəqənin olmadığı Füzuli rayonu, Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması Ermənistanın iyrənc siyasətinin növbəti bariz nümunəsidir.
Sizin hamınızdan nigaranam... – Hədiyyə Şəfaqətin şeirləri
"Olaylar" Hədiyyə Şəfaqətin yeni şeirlərini təqdim edir. *** Necə də bir anda istəyirəm ölməyi... Necə də istəyirəm Pəncərəmdəki çiçəyi qoparmaq kimi Kitabın bir vərəqini cırıb çıxartmaq kimi Güldanımdakı çobanyastıqlarının suyunu boşaltmaq kimi Aynaları qırmaq kimi Və bir şüşə qırığını damarıma sıxmaq kimi Məni hər şeydən ayırsın Necə də bir anda istəyirəm ölməyi... Sakitlik, huzur və sevgi yerinə Günəş, səma və su səsi yerinə İstəyirəm kimsə didib çıxarsın sinəmdəki nəfəsi, Yerinə Ölümü qoysun
Qarabağ həqiqətlərindən bəhs edən yeni film
Füzulu rayonu ərazisində “Son nəfəsədək” adlı Qarabağ həqiqətlərindən bəhs edən yeni tammetrajlı bədii filmin çəkilişlərinə start verilib. Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissoru Elnur Əliyev, rəssamı Mehriban Əfəndiyeva, redaktoru Kamran Qasımovdur. Filmdə baş rollarda Əməkdar artistlər İlqar Cahangirov, Elşən Rüstəmov, aktyorlar Cavanşir Hadıyev, İlqar Musayev, Vüqar Vəlixanov və başqaları çəkilirlər. Filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə etməsidir. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir.
Nyu Yorkda etiraz aksiyası
İyulun 4-də Ermənistanın silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, həmçinin Sərvinaz Quliyevanın ağır yaralanması ilə əlaqədar iyulun 7-də BMT-nin mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndiliyi tərəfindən təşkil edilən aksiyada Nyu York şəhərində fəaliyyət göstərən "Azerbaijan New York Association", "Azerbaijani American Women Association of New York" və digər təşkilatların fəalları iştirak ediblər.
Bakıda kütləvi dava - Ana və oğlu döyüldü
Bakıda qonşular arasında düşən kütləvi dava xəsarətlə nəticələnib. Hadisə Xətai rayonu, Naxımov küçəsi, Dənizçi 2 ünvanında qeydə alınıb. 1963-cü il təvəllüdlü Əliyeva Minarə Adışirin qızı və 1982-ci il təvəllüdlü oğlu Quliyev Sehran Tehran oğlu qonşuluqda yaşayan 4 nəfərlə hazırda məlum olmayan səbəbdən mübahisə edib. Nəticədə ana və oğlu döyülərək xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Ərdoğan Putinə təşəkkür etdi
Putin Türkiyə sayəsində Suriya münaqişəsinin nizama salınmasında irəliləyişin əldə olunduğunu bildirib. “Cənab prezident, mövqeyiniz sayəsində Suriyada vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılığa doğru dəyişdirmək mümkün olub. Terror qruplaşmalarına ciddi zərbə vurulub və münaqişənin nizama salınması istiqamətində ciddi irəliləyiş əldə edilib. Biz sizin və danışıqlar prosesində iştirak edən bütün partnyorların mövqeyini yüksək qiymətləndiririk”, - Rusiya prezidenti deyib.
Məşhur müğənninin ailəsində FACİƏ
Müğənni Pərvin Lətifov ağır itki ilə üzləşib. Sənətçinin beş yaşlı qızı dünyasını dəyişib. Onun ürək çatışmazlığından həyatını itirdiyi məlum olub. Xatırladaq ki, Pərvin "Azəri star" yarışmasından sonra məşhurlaşıb.
Hamısı öz yerindədi, baxır hardan baxırsan... – Elvin Bakiroğlu
"Olaylar" gənc şair Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir.













