Gündəm

Nazirlik tərəfindən profilaktik tədbirlər görülür

10 İyul 2017 09:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrdə, həmçinin meşə fonduna yaxın sərhəd ərazilərdə yanğınların qarşısının alınması məqsədilə qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir.  Nazirlikdən "Olaylar" - a bildirilib ki, havaların isti və quraq keçməsi, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə ehtimalının artması nəzərə alınaraq Nazirlik tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir. Nazirliyin  Fövqəladə Hallar Nazirliyinin birgə tərtib etdiyi tədbirlər planına uyğun olaraq meşə mühafizə mühəndisləri, meşəbəyləri və yanğın keşikçiləri üçün təlim-məşqlər keçirilib. Yanğın təhlükəsi gözlənilən ərazilərdə yanğın əleyhinə mineral zolaqlar çəkilib, əvvəlki illərdə çəkilmiş köhnə zolaqlar təmir edilib və budama işləri aparılıb. Bundan əlavə, meşə mühafizəsi və bərpası müəssisələri texniki avadanlıqlarla təchiz olunub.

Sağlam həyat tərzi təbliğ olunur

10 İyul 2017 09:33

Bilik Fondu əhalinin sosial sifarişlər əsasında maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Fonddan “Olaylar” – a bildirilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlərdən biri də Fondun və Suraxanı Rayon İcra Hakimiyyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki 104 nömrəli tam orta məktəbdə keçirilib. Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşid Məmmədov narkomaniyaya qarşı mübarizə ilə bağlı mövzunun aktuallığını qeyd edib, Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun gənclərə sağlam həyat tərzinin aşılanması istiqamətində həyata keçirdiyi maarifləndirici layihələrindən söz açıb.

Filippində zəlzələ

10 İyul 2017 09:28

 İyilun 10-da Filippində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri ölkənin sayca ikinci ən böyük şəhəri Sebudan 131 km aralıda, ocağı isə 40 km dərinlikdə yerləşib. 

Prezident 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə gedib

9 İyul 2017 19:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün iyulun 9-da Türkiyə Respublikasına səfərə gəlib. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

9 İyul 2017 19:49

Sabah səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq. "Azəravtoyol" ASC-dən verilən məlumata görə, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. Sürücülər alternativ olaraq Masazır-Novxanı yolundan istifadə edə bilərlər.

Ümumdünya irs siyahısına iki yeni obyekt daxil edildi

9 İyul 2017 19:47

Bu gün YUNESKO-nun Ümumdünya irs komitəsinin Krakovda keçirilən 41-ci sessiyasında Yaponiya və İranda yerləşən iki yeni obyekt Ümumdünya irs siyahısına daxil edilib. Bu barədə YUNESKO-nun "Twitter" sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib. Yaponiyada müqəddəs Okinosima adası və adadakı kilsə və İranın Yəzd şəhərinin qədim hissəsi Ümumdünya irs siyahısına daxil edilib. Okinosima adasına yalnız kişilər səfər edə və Okitsa kilsəsini ziyarət edə bilərlər. Qədim yapon əfsanəsinə görə, bu adaya gələn qadınlar daşa çevriləcək.

Azərbaycan elminə AĞIR İTKİ

9 İyul 2017 19:44

BDU-nun fəxri professoru, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, Əkbər Salman oğlu Bayramov vəfat edib. O, dünəm axşam saatlarında dünyasını dəyişib. Mərhumla vida mərasimi Təzə Pir məscidində keçirilib və o, bu gün dəfn olunub. Qeyd edək ki, Ə. Bayramov 30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olub. 1970-1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinində pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləyib. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlərinə dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir.

“WhatsApp”ın bu özəlliklərini 90% insan bilmir!

9 İyul 2017 19:41

“WhatsApp”da çox sayda smayl işarəsi var. Bəzən doğru anda doğru smaylı tapmaq çətin olur. Artıq istədiyiniz kəliməni axtarış yerinə yazaraq axtardığınız smaylı tapa biləcəksiniz. Əgər danışıq prossesinizi davamlı olaraq izləmirsinizsə, söhbət lentindəki iki xəttin maviyə döndüyünü qaçırmış ola bilərsiniz. Artıq göndərdiyniz mesaja basılı tutaraq açılan yeni məlumat pəncərəsində xəttlərin nə zaman maviyə boyandığını öyrənə bilərsiniz. Boşboğaz dostlarınızın qrupdakı mesajlaşmalarının səsindən bezmisinizsə nizamlamalar bölməsindən qrup ismarcılarını 8 saat, bir həftə və ya bir illik səssizə ala bilərsiniz.

Şeytan adlandırılan Bermud üçbucağının sirri açıldı

9 İyul 2017 19:39

Bir çox təyyarənin və gəminin məlum olmayan səbəblərlə yox olduğu Bermud üçbucağının sirri nəhayət ki açılıb. Colorado Universitetindən bir qrup elm aamı pis şöhrəti ilə tanınan bu ərazinin peykdən çəkilmiş hava görüntülərini araşdırıblar və bu bölgənin üzərində normaldan fərqli olaraq altıbucaqlı buludlar olduğunu müəyyən ediblər. 

Hökumətinin tərkibi dəyişəcək

9 İyul 2017 08:49

Baş nazir Şinzo Abe rəhbərlik etdiyi Yaponiya hökumətinin tərkibində dəyişikliklər etmək üçün son hazırlıq işlərinə başlayıb. NHK telekanalının yaydığı məlumata görə, Baş nazir Nazirlər Kabinetinin tərkibində dəyişikliklərə iyulun 12-də, Tokioya qayıtdıqdan sonra başlayacaq. Hazırda o, Almaniyada G20 sammitində iştirak edir. Telekanalın bildirdiyinə görə, hökumətdə dəyişikliklərə ehtiyac Tokio assambleyasına seçkilərdə hakim Liberal Demokratik Partiyanın uğradığı ağır məğlubiyyətdən sonra yaranıb.

“Qara adam” gəlir

9 İyul 2017 08:43

İyulun 14 - də HUMAN Teatrında Müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı növbəti  tamaşasını təqdim edəcək. Teatrdan "Olaylar" - a verilən məlumata görə “Anqleter 1925” psixoplastik vəhy, Sergey Aleksandroviç Yeseninin “Qara adam” poemasının motivləri əsasında hazırlanıb. Azərbaycanda ilk dəfə səhnələşdirilən əsərin müəllifi Şamil İbrahimov, plastik həll üzrə rejissor Pərviz Məmmədrzayevdir.

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurdu

9 İyul 2017 08:36

Ermənilər Ağdam rayonunun işğal etdikləri bir neçə yaşayış məntəqələrinə od vurub. Alov Ağdamın işğal altında olan 3 kəndinin ərazisində - Göytəpə ərazi nümayəndəliyinin Abdınlı, Qarağacı və Sarcalı kəndlərində müşahidə olunur. Cəbhəyanı kənd sakinlərinin verdiyi məlumata görə, iki saat əvvəl başlayan yanğın artıq 300 hektaradək əraziyə yayılıb.

Salyanda ölümlə nəticələnən qəza

9 İyul 2017 08:35

Salyanda baş verən avtoqəzada sürücü ölüb. Salyan rayonunun "5 saylı şöbə" adlanan ərazisində rayon sakini Nuriyev Faiq Fazil oğlunun idarə etdiyi “Mercedes” markalı 52 BH 450 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Misirdə partlayış

9 İyul 2017 08:33

Misirin Əl-Ariş şəhərində içərisində DİN əməkdaşları olan zirehli avtomobil partladılıb. Partlayış nəticəsində 2 DİN əməkdaşı həlak olub, 9 nəfər isə yaralanıb. Partlayış baş verən rayonda təhlükəsizlik tədbirəri artırılıb. Qeyd edək ki, ötən gün terrorçuların Misirdə bir neçə hərbi obyektlərə hücumu nəticəsində 23 hərbçi həlak olub, 33-ü isə yaralanıb.

Gələn il Yaponiyada

9 İyul 2017 08:31

"Böyük İyirmilik" ölkələrinin liderləri 2019-cu il sammitinin Yaponiyada, 2020-ci il sammitinin isə Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qəbul ediblər. Müvafiq bənd yekun deklarasiyaya daxil ediləcək. G20-yə Avropa İttifaqı ayrıca təşkilat kimi, Şimali Amerikadan Kanada, ABŞ və Meksika, Cənubi Amerikadan Braziliya və Argentina, Avropa və Yaxın Şərqdən Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı, Asiyadan Hindistan, İndoneziya, Çin, Cənubi Koreya və Yaponiya, Afrikadan Cənubi Afrika Respublikası, habelə Avstraliya daxildir. Sammitə Dünya Bankının, Dünya Ticarət Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının rəhbərləri də dəvət olunurlar.