Gündəm
DİM: Müddətli əmək müqaviləsi ilə iş zamanı sui-istifadə halları olur
Dövlət orqanlarında müddətli əmək müqaviləsi ilə iş zamanı sui-istifadə halları olur. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov bildirib.
Məhkəmə BDU-nun tələbəsi barəsində axtarış elan edib
Bu gün Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Z. Mirağayev Azərbaycanı tərk etdiyi üçün onun barəsində axtarış elan olunub. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Məhkəmə müvəqqəti olaraq cinayət işinin icraatını dayandırıb.
“ABŞ müharibəni uduzur” – Vaşinqtondan SOS
“Vaşinqton Əfqanıstanda müharibəni uduzur”. Bu haqda ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin rəhbəri Con Makkeyn CBS telekanalına müsahibəsində deyib. “Bizdə strategiya yoxdur və biz uduzuruq. Əfqanıstanın milli ordusu qəbuledilməz itkilər verir”, - senator bildirib. Respublikaçı senator həmçinin qeyd edib ki, Ağ Evdə hazırda əsas problem nizamsızlıqdır.
Azəri qızı Günel ikinci nişanlısından ayrıldı və elə SÖZLƏR YAZDI Kİ...
Azəri qızı Günelin ikinci nişanlısı Cem Ozan Torunlarla ayrıldığı iddia edilib. Bu yaxınlarda burnunu əməliyyat etdirməsilə gündəmə gələn müğənni instaqramda nişanlısı ilə şəkillərini silib. Türkiyədə yaşanan həmyerlimiz sosial şəbəkədə vəfasızlıqdan status yazaraq insanlardan şikayətlənib: “Görmək üçün baxmağı da bacarmalısan, istənilən şəraitdə onu sevə bilmək üçün sayğı və səmimiyyət olmalıdır.
Mosul İŞİD-dən təmizləndi: QƏLƏBƏ elan edildi
İraqın Baş naziri Heydər əl-Əbadi ölkənin ikinci ən böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatı qüvvələrindən təmizləndiyini rəsmən elan edib. O, bu münasibətlə şəhərdə mübarizə aparan əsgərləri və şəhər sakinlərini təbrik edib. Şəhərin azad edilməsi üçün təşkil edilən əmliyyata İraq ordusu liderlik edib. Peşmərgə, Sünni ərəb tayfaları və Şiə milisləri orduya fərqli mövqelərdən yardım göstərib. Bir neçə cinahdan hücuma keçən bu birləşməyə ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri havadan dəstək verib.
Turist avtobusu qəzaya uğradı: 9 ölü, 25 yaralı - Peruda
Peruda turistləri daşıyan ikimərtəbəli avtobus qəzaya uğrayıb. Qəza nəticəsində azı 9 nəfər ölüb, 25 nəfər yaralanıb. Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi avtobusun Limada Prezident Sarayından 2 kilometr məsafədə axşam saatlarında qəzaya uğradığını bildirib.
Rusiyada yol qəzası: 5 ölü
Rusiyada baş verən yol qəzası beş nəfərin ölümü ilə nəticələnib. Leninqrad vilayətinin Volxov rayonu ərazisində, Murmansk şossesinin 100-cü km-də səhər saatlarında yük və minik maşınlarının toqquşması nəticəsində kimliyi məlum olmayan üç kişi, 17 və 18 yaşlarında iki qız ölüb.
Ərdoğan: "Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənərək davam edəcək"
"Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənərək davam edəcək". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" səhifəsində yazıb. R.T.Ərdoğan İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra qeyd edib: "Qardaşım cənab İlham Əliyevlə ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etdik".
Məleykə Abbaszadə: "Pozuntu halları qeydə alınanda vəzifəli şəxslərə təqdimat veriləcək"
"Dövlət qulluğuna qəbul sistemi çevik olmalı, hər bir gəncə istədiyi sahədə öz karyerasını qurmağa imkan verilməlidir". Bunu "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, əsas məqsəd istedadlı gəncləri dövlət qulluğuna cəlb etməkdir.
PA rəsmisi: "Dövlət qulluqçularının ixtisasının artırılması ilə bağlı yeni tələblər ortaya qoyulmalıdır"
"Azərbaycanda bütün sahələrdə olduğu kimi, hüquq sahəsində də islahatlar aparılıb. Ölkəmizdə dövlət qulluğu sahəsi də bu islahatlardan kənarda qalmayıb və Ümummilli lider Heydər Əliyevin dövründə Azərbaycanda dövlət qulluğu sahəsində islahatlar aparılıb. Dövlət idarəçiliyinin səmərəliliyinin artırılması üçün dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericlik bazası yaradılıb". Bunu "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda konfransda çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının (PA) Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov deyib.
Məşhur aktyor cəzlandırıldı
“Indiana Jones və Crystal Skull Krallığı”, “Mən Robot”, “Transformers” filmlərində rol alan amerikalı aktyor Shia LaBeouf Georgia əyalətinin Savannah şəhərində ictimai asayişi pozduğu üçün nəzarətə altına alınıb. “Olaylar” “Miliyyet” - ə İstinadən bildirir ki, Shia LaBeouf'un bir adamdan və bir polis məmurundan siqaret istəyib. Bu istəyi rədd edilən aktyor həmin insanları təhqir edib.
Terrorçular 14 yaşlı qızı qətlə yetirdi
PKK terror təşkilatının bir qolu olan PYD Suriyanın Mare şəhərinin Şeyx İsa kəndini ağır artilleriyadan atəşə tutub. Hücum nəticəsində təsərrüfat sahəsində işləyən 14 yaşlı qız həlak olub, 2 vətəndaş isə yaralanıb. Sözügedən bölgədə Azad Suriya Ordusunun qüvvələri olmadığı üçün terrorçulara cavab atəşi açılmayıb. Hadisə yerinə Mare Təhlükəsizlik Xidmətinin polis komandası göndərilib.
Səyyar ASAN xidmət bu gündən Ağstafa, Saatlı, Gədəbəy və Ələtdə
Səyyar ASAN xidmət 10 – 29 iyul tarixində Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 10 – 19 iyul tarixində Qaradağ rayonunun Ələt qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 13 iyul Abşeron rayonunun Qobu qəsəbəsində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, səyyar “ASAN qatar” isə 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Ən çox satılan kitablar - “Arzulardan sonrakı şəhər”
Qələbə elan edildi
İraq prezidenti Heydər əl Əbadi ölkənin ikinci ən böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatı qüvvələrindən təmizləndiyini rəsmən elan edib. "Olaylar" "Anadolu" agentliyinə istinadən bildirir ki, prezident bu münasibətlə şəhərdə mübarizə aparan əsgərləri və şəhər sakinlərini təbrik edib. Şəhərin azad edilməsi üçün təşkil edilən əmliyyata İraq ordusu liderlik edib. Peşmərgə, Sünni ərəb tayfaları və Şiə milisləri orduya fərqli mövqelərdən yardım göstərib. Bir neçə cinahdan hücuma keçən bu birləşməyə ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri havadan dəstək verib.














