Tbilisi meri Avropa İttifaqı ilə münasibətlərin "təmiz səhifədən" başlamasını vacib sayır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze Avropa İttifaqı ilə münasibətlərin bərpası üçün əlaqələrin "təmiz səhifədən", həqiqət və ədalət prinsipi əsasında qurulmasının vacibliyini bildirib. "Gürcü arzusu" partiyasının nümayəndələrinə qarşı fərdi sanksiyalar tətbiq etməyə çağıran avropalı siyasətçilərin mövqeyini şərh edən mer, bu addımları Gürcüstan xalqına qarşı düşmənçilik kimi qiymətləndirib. 

Kaladze vurğulayıb ki, ölkəsi Rusiyaya qarşı sanksiyalara qoşulmayaraq öz iqtisadiyyatını qoruyub və "ikinci cəbhə" açmaq tələblərinə boyun əyməyib. O, heç bir hədə-qorxudan çəkinmədiklərini, hökumətin əsas məqsədinin sülhü saxlamaq və ölkənin iqtisadi inkişafını təmin etmək olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31