Məleykə Abbaszadə: "Pozuntu halları qeydə alınanda vəzifəli şəxslərə təqdimat veriləcək"

"Dövlət qulluğuna qəbul sistemi çevik olmalı, hər bir gəncə istədiyi sahədə öz karyerasını qurmağa imkan verilməlidir". Bunu "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, əsas məqsəd istedadlı gəncləri dövlət qulluğuna cəlb etməkdir.

"Dövlət qulluğuna qəbul sistemi çevik olmalı, hər bir gəncə istədiyi sahədə öz karyerasını qurmağa imkan verilməlidir". Bunu "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, əsas məqsəd istedadlı gəncləri dövlət qulluğuna cəlb etməkdir. M. Abbaszadə dövlət qulluğuna dair qanunvericiliyin, o cümlədən etik davranış qaydalarının düzgün tətbiqinin təmini və pozuntu hallarının aradan qaldırılması üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən görüləcək tədbirlərlə bağlı məlumat verərək bildirib ki, Mərkəz tərəfindən qanunvericiliyin icra vəziyyəti mütəmadi öyrəniləcək, pozuntu halları müəyyən edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcək: "Bununla yanaşı, yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək və təqdim olunacaq illik hesabata daxil ediləcək, pozuntuya yol vermiş məsul şəxslər inzibati məsuliyyətə cəlb ediləcək". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31