Gündəm
Jan-Fransua Mansel: "Fransa Dağlıq Qarabağ məsələsində təşəbbüsü öz üzərinə götürə bilər"
"Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesini bərpa edə bilər". Bunu fransalı siyasətçi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel deyib.
Güləşçilərimizdən beynəlxalq turnirdə səkkiz medal
Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Kaspiysk şəhərində keçirilən beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş 48-ci beynəlxalq turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.
DİM: XI sinfin buraxılış imtahanlarının nəticələri ötənilki nəticələrlə eyni səviyyədədir
“Biz XI sinfin buraxılış imtahanlarının nəticələrinin ötən il keçirilən imtahanların nəticələri ilə müqayisə etdik. Nəticələr təxminən eyni səviyyədədir. Dəyişikliklər statistik xətalar çərçivəsindədir”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Fransanın paytaxtı su altında qaldı
Fransanın paytaxtı Paris və ətrafındakı yaşayış məntəqələri kəskin yağışlar səbəbilə su altında qalıb. Seldən ən çox metro stansiyaları zərər görüb. Şəhərdə 20-dən çox metro stansiyasının platformaları sel suları altında qalıb. 7 stansiya istifadəyə bağlanıb. Bağlanan metro stansiyalarının nə zaman açılacağı haqqında heç bir açıqlama verilməyib. Metroları sel sularından təmizlənmək üçün əməliyyatlar başladılıb.
Trampın Kremlin adamı ilə gizli əlaqəsi ORTAYA ÇIXDI - ABŞ ŞOKDA
ABŞ prezidenti Donald Trampın Rusiya ilə ehtimal olunan əlaqələri barədə növbəti iddia ortaya atılıb. Bu haqda ABŞ-ın “Nyu York Tayms” nəşri Ağ Evdəki mənbələrə istinadən yazıb.
Alim nəzarət altına alındı
“Olaylar” “Hüriyyet” - ə istinadən bildirir ki, CHP millət vəkili Oğuz Kaan Salıcı twitter hesabından alim Koray Çalışkanın nəzarətə altına alındığını yazıb.
Nazirə qadağa qoyuldu
Avstriya hakimiyyəti Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin ölkəsinə girişini qadağan edib. “Olaylar” “Anadolu” agentliyinə istinadən xəbər verifr ki, türkiyəli nazirin 2016-cı il iyulun 15-də edilən dövlət çevrilişə cəhdin ildönümü ilə bağlı tədbirdə iştirakı planlaşdırılırdı.
Ermənilər mövqelərimizə 9 mərmi atıb
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 60 və 82 millimetrlik minaatanlardan da (9 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 111 dəfə pozub.
Xəyanət edən arvadını küçə ortasında öldürənə qədər bıçaqladı - VİDEO (18+)
Bu dəhşətli görüntülər Çində qeydə alınıb. Yolun ortasında bir şəxs arvadını öldürənə qədər dəfələrlə bıçaqlayıb. Qadın ayağa qalxıb qaçmağa çalışsa da səyləri işə yaramayıb.
Azərbaycan prezidenti ABŞ dövlət katibi ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Əliməmməd Nuriyev dövlət qulluğu ilə bağlı problemləri açdı
"Dövlət İmtahan Mərkəzi və Dövlət qulluğuna qəbul Komissiyasının birləşdirilməsi islahatların dərinləşməsinə gətirib çıxaracaq". Bunu "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Dövlət Qulluğuna dair qanunvericiliyinin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda konfransda çıxışı zamanı deyib.
Nəsimi rayonu ahılları və şəhid ailələri Pirşağı qəsəbəsində istirahət etdilər
Ümummmilli Lider Heydər Əliyev ahıllara, əlillərə və müharibə veteranlarına həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır və müharibə veteranları, əlillərə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ahıllara, müharibə veteranlarına, şəhid ailələrinə, əlillərə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan ahıl vətəndaşların, xüsusi ilə veteranların, şəhid ailələrinin, əlillərin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir.
Ermənilərin növbəti saxtakarlığı AÇIQLAMA
Ermənilər qədər saxta, “komplekssiz” varlıq tanımıram. Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, ötən ilin aprelində havadarlarını ayağa qaldırdılar ki, tükənirlər, döyüşlər dayandırılsın: “Aradan bir neçə gün keçəndən sonra dedilər ki, guya döyüşlər dayandırılmasa, bunlar Kürə kimi gəlib çıxa bilərlərmiş.
TRT-yə yeni direktor təyin olundu
TRT Baş direktor vəzifəsinə hazırda qurumun baş direktor müavini vəzifəsini icra edən İbrahim Eren təyin olundu. Təyinat prezident Ərdoğan tərəfindən təsdiqləndi və Rəsmi Qəzetdə yayımlandı. TRT baş direktorluğu üçün namizədliyi irəli sürülən 56 şəxsdən biri olan İbrahim Eren bu təyinatla kanalın 17-ci başqanı oldu.
"Azərbaycan və Türkiyə erməni təcavüzkarlığı faktlarını dünya ictimaiyyətinə birgə çatdırmalıdır"
"Azərbaycan və Türkiyə erməni təcavüzkarlığı barədə faktları dünya ictimaiyyətinə birgə çatdırmalıdır". Onun sözlərinə görə, dünya ictimaiyyəti erməni təcavüzkarlığına laqeydliklə yanaşır və bunun nəticəsində Azərbaycan əziyyət çəkir. O qeyd edib ki, dünyada Ermənistanın maraqlarını təbliğ edən ölkələr var. C.Küçük vurğulayıb ki, Ermənistan dinc azərbaycanlı və türklərə qarşı soyqırım həyata keçirib.














