Levon Koçaryan qardaşına qarşı qaldırılan cinayət işini siyasi təzyiq adlandırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Ermənistan" fraksiyasının deputatı Levon Koçaryan ikinci prezident Robert Koçaryanın oğlu, qardaşı Sedrak Koçaryana qarşı qaldırılan cinayət işinə münasibət bildirərək onun biznes fəaliyyətində qanunsuz mənşəli heç bir vəsaitin olmadığını deyib. O vurğulayıb ki, qardaşı 20 ilə yaxındır sahibkarlıqla məşğul olur və maliyyə mənbələri ilə bağlı lazımi sübutlar məhkəmədə təqdim ediləcək. Levon Koçaryan bu cinayət təqibini baş nazir Nikol Paşinyanın atasını sıxışdırmaq üçün həyata keçirdiyi siyasi təzyiq cəhdi kimi dəyərləndirib və işin uydurma xarakter daşıdığını iddia edib.  

Qeyd edək ki, avqustun 25-də Robert Koçaryan saxlanılıb, avqustun 27-də isə Anti-Korrupsiya Komitəsinin qərarı ilə eks-prezident və oğlu Sedrak Koçaryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmlakı bazar qiymətindən ucuz əldə etməkdə ittiham olunurlar. İş üzrə Koçaryanlara məxsus 35 əmlak obyekti araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31