Avropa Xalq Partiyası Qəzza üçün 15 milyard avronun ayrılması təklifini rədd edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyası (AXP) Aİ-nin növbəti yeddi illik büdcəsində Qəzza zolağının bərpası üçün 15 milyard avro ehtiyat vəsaitin ayrılması ilə bağlı "Yaşıllar" fraksiyasının təklif etdiyi düzəlişi rədd edib. 

"Politico" nəşrinin məlumatına görə, partiya bunu aydın bərpa planı ortaya qoyulmadan vəsaitin dondurulmasının vaxtından əvvəl addım olması ilə əsaslandırıb. Aİ Komissiyasının sədri Ursulya fon der Leyenin məhz AXP-yə mənsub olmasına və onun daha əvvəl Qəzzaya humanitar yardımın vacibliyini dəfələrlə vurğulamasına baxmayaraq, fraksiya bu mövqeyi tutub. Sosialistlər, solçular və libealların bir hissəsi isə maliyyələşmənin lehinə çıxış edir. Avropa Parlamentinin 200 milyard avroluq "Global Europe" fondu üzrə yekun sənədində Qəzza üçün konkret məbləğin göstərilməyəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31