Güləşçilərimizdən beynəlxalq turnirdə səkkiz medal

Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Kaspiysk şəhərində keçirilən beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş 48-ci beynəlxalq turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Bütün görüşləri qələbə ilə başa vuran Mahir Əmiraslanov (57 kq) və Aslanbek Alborov (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Yalnız finalda uduzan Ağahüseyn Mustafayev (65 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş medalla kifayətləniblər.

Georgi Edişeraşvili, Pərviz İbrahimov (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq) və Məhəmməd Müslümov (65 kq) isə bürünc medal əldə ediblər. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31