Ermənistan rejimi öz xalqını Türk xalqlarına qarşı nifrət yönündə yetişdirir
“Region” Beynəlxalq Analitik Mərkəz erməni vəhşiliyi ilə bağlı bəyənat verib və dünya xalqlarını 2 yaşlı Zəhraya öz balaları kimi yanaşmağa səsləyib. “OLAYLAR”-a daxil olan bəyanatda qeyd edilib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal altında olan Füzuli rayonunun Alxanlı kəndini qumbaratanlardan atəşə tutub və 2 yaşlı Quliyeva Zəhra və nənəsi vəhşicəsinə qətlə yetirilib.
7 İyul 2017 15:40 Siyasət"Region" Beynəlxalq Analitik Mərkəz erməni vəhşiliyi ilə bağlı bəyənat verib və dünya xalqlarını 2 yaşlı Zəhraya öz balaları kimi yanaşmağa səsləyib. "OLAYLAR"-a daxil olan bəyanatda qeyd edilib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal altında olan Füzuli rayonunun Alxanlı kəndini qumbaratanlardan atəşə tutub və 2 yaşlı Quliyeva Zəhra və nənəsi vəhşicəsinə qətlə yetirilib. "Region" Beynəlxalq Analitik Mərkəz (RBAM) insanlıqdan uzaq bu vandalizm hərəkətini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatlardan Ermənistana qarşı adekvat addımlar atmağı tələb edir: "Beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistan rejimi öz xalqını Türk xalqlarına qarşı nifrət yönündə yetişdirir. Ermənilər üçün bir Azərbaycan türkünün qanını axıtmaq vətənpərvərlik, qəhrəmanlıq anlamına gəlir. Kiçik Zəhranın öldürülməsindən sonra ermənilərin sosial şəbəkələrdə bu qətlə haqq qazandırması, kiçik yaşlı qızlara qarşı təcavüzə səsləməsi insanlığın ən aşağı və murdar səviyyəsidir. Normal ölkələrdə bu çağırışı edənləri cəmiyyətdən təcrid edər və psixi müalicə müəssisələrinə, ya da terrora çağırış ittihamı ilə həbsə atardılar. Ermənistanda isə bu tip çağırışlara qəhrəmanlıq donu geyindirirlər. Səbəbi isə Ermənistanın siyasi rəhbərliyinin bu kimi çağırışları müdafiə etməsi və haqq qazandırmasıdır".