Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət beynəlxalq təşkilatlara müraciət etdi

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdikləri faciə ilə bağlı bəyənat yayıb. “Olaylar” ın verdiyi xəbərə görə, bəyənatda bildirilir ki, Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşdur.

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdikləri faciə ilə bağlı bəyənat yayıb. "Olaylar" ın verdiyi xəbərə görə, bəyənatda bildirilir ki, Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşdur. Atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dağıntılar baş vermiş, kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Allahverdiyeva Sahibə İdris qızı qətlə yetirilmiş, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdir:  "Münaqişə zonasına yaxın yerləşən Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları davamlı şəkildə qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər. 1994-cü ildə  atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olmuşdur. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına 2 yaşlı Quliyeva Zəhra əlavə olundu". Sənəddə göstərilir ki, Azərbaycanda dünyəvi, hüquqi dövlət qurulub. Elə bu səbəbdən də ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bütün məsələlərin beynəlxalq hüquq çərçivəsində həll olunmasına tərəfdarıdır: "Ermənistan da bir sıra beynəlxalq sənədləri, o cümlədən BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya edərək üzərinə beynəlxalq öhdəlik götürüb. Lakin buna baxmayaraq, uşaqlara, eləcə də mülki şəxslərə qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir. İstər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir.

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət beynəlxalq təşkilatlara müraciət edərək işğalçı dövlətin beynəlxalq hüquqi normalara riayət etməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılmasını tələb edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31