Beynəlxalq ictimaiyyət erməni vandalizminə biganədir

Cəbhədə erməni təxribatının sayı və miqyası artdıqca, beynəlxalq təşkilatlar və qurumların da erməni vandalizmi və terrorizminə biganə münasibəti özünü çılpaqlığı ilə göstərir. Necə ki, bu günlərdə işğalçı Ermənistan daha bir vandalizm və insanlıq əleyhinə cinayətə əl ataraq yenidən Azərbaycanın kəndlərinə, mülki vətəndaşlara atəş açaraq 2 yaşlı Zəhranı və onun nənəsini qətlə yetirdi. Bununla İrəvan bir daha terrorçu və vandal bir ölkə olduğunu ortaya qoydu, insanlıq əleyhinə cinayətlər törətməyə davam edəcəyini nümayiş etdirdi. Bu həm də Ermənistanın, eləcə də onun havadarlarının Dağlıq Qarabağ probleminin sülh, danışıqlar yolu ilə həllinə maraqlı olmamaları, mövcud status-kvonu saxlamağa cəhd göstərdiklərinin təsdiqidir. Ən azı iyulun 4-də baş vermiş erməni təxribatına olan beynəlxalq səssizlik bunu deməyə əsas verir.

Elə İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli də bu qənaətdədir. O, bildirib ki, 2 yaşlı bir körpənin qətlindən böyük cinayət yoxdur. Millət vəkilinin sözlərinə görə, beynəlxalq ictimaiyyət belə dəhşətli cinayətlərə biganəlik göstərməməlidir: "Ana, uşaq, nənə qatilləri cəzasiz qalmamamalıdır. Azərbaycan dövləti və xalqı, tariximizdə dəfələrlə təkrarlanan faciəvi olayların davamı kimi, yenidən iyirmi beş ildən artıqdır ki, məlum dövlətlərin məkrli siyasətinin tərkib hissəsi kimi, Ermənistana göstərilən havadarlıq nəticəsində erməni işğalından və vandalizmindən əziyyət çəkir. Özünü məzlum göstərib, sonradan "qalibin yanında başkəsən" funksiyasını yerinə yetirən erməni vandalları mənz öz havadarlarına arxayın olaraq "Aprel döyüşlərindən" nəticə çıxarmayıb, yaşlı, qadın, uşaq bilmədən, yenidən dinc əhalini hədəfə almaqdan, mülki əhaliyə qarşı qətlam törətməkdən belə utanmırlar. Təəssüf ki, 25 ildən artıqdır beynəlxalq itimaiyyət bu erməni vandalizminə biganədir, beynəlxalq təşkilatlar isə daha çox susmağa və mənasız açıqlamalarla çıxış etməyə üstünlük verirlər". Əli Məsimli qeyd edib ki, Ermənistan ordusu Füzulidə mülki qadın və uşaqların qətliamı ilə bir daha insanlığa qarşı növbəti cinayətini ortaya qoydu: "2 yaşlı məsum bir qızın- Zəhranın ölümü təkcə Azərbaycan üçün yox, bəşəriyyət, insanlıq üçün faciədir. Bu 2 yaşlı məsum körpənin ölümü hər kəsi sarsıldıb. Bu faciənin təkrarlanmaması üçün hər kəs əlindən gələni etməlidir. Bu terror aktının və vandalizmin pislənməsi üçün beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciətlər intensivləşdirilməlidir. Beynəlxalq ictimaiyyət cəbhə xəttində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdikləri cinayətlərə biganə qalmamalıdır.

Avropa Şurası, ATƏT Parlament Assambleyası və digər strukturlar bu insidentlə bağlı səssiz qalmamalı və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün zəruri addımlar atmalıdır". Əli Məsimli bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişənin uzadılmasına yox, təcavüzkarla işğala məruz qalanı fərqləndirməklə problemin həllinin sürətləndirilmsinə yönəldilməlidir: "Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının və digər beynəlxalq və regional qurumların erməni hərbi birləşləmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması barədəki məlum 4 Qətnamə və qərarlar işə düşməlidir. Uşaq, ana, nənə qatilləri cəzasız qalmamalı, öz layiqlı cəzalarına çatmalıdırlar. Bu işdə beynəlxalq məhkəmə praktikasından səmərəli istifadə edilməlidir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı azərbaycanlılara qarşı törədilmiş vandalizm aktları, xüsusən Xocalı faciəsi beynəlxalq səviyyəyə qaldırılmalı və soyqırımı kimi tanınmasına nail olunmalıdır". Millət vəkili hesab edir ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında öz vətəndaşlarının təhlükəsizliyiini təmin etməkdən ötrü Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirilib bizim mülki şəxslər üçün təhlükə yaradan bütün təhlükə nöqtələrini məhv etməlidir: " Dağlıq Qarabağ münaqişəsi ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Beynəlxalq hüquq normalarından çıxış etməklə yanaşı, güclü iqtisadiyyat - güclü ordu tandemindən səmərəli istifadə etməklə düşmən fakt qarşısında qoyulmalı və işğal olunmuş torpaqlardan çıxmağa məcbur edilməli, Azərbaycan torpaqlarındakı erməni vəhşiliklərinə birdəfəlik son qoyulmalıdır". Əli Məsimli onu da qeyd edib ki, 2 yaşlı məsum bir qizin-Zəhranin qətli təkcə Azərbaycan üçün yox, ümumilikdə bəşəriyyət, insanlıq üçün faciədir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31