Münaqişədən ən çox zərər çəkən Azərbaycan qadınlarıdır
Dünyada heç nə insan həyatından daha dəyərli deyil. Düşmən bizdən insanlarımızın dəyərli həyatlarını almaqdadır. Qondarma tarix, əsassız torpaq iddiaları, ardından da insanlığa qarşı fiziki və mənəvi terror. Son 26 ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, dinc sakinlərimizin və hərbçilərimizin məhv edilməsi ilə keçib.
7 İyul 2017 13:45 SiyasətÜlkər Abdullayeva: "Xocalı soyqırımı zamanı əsir düşmüş yüzlərlə Azərbaycan qadını işgəncələrə məruz qalmaqdadır"
Dünyada heç nə insan həyatından daha dəyərli deyil. Düşmən bizdən insanlarımızın dəyərli həyatlarını almaqdadır. Qondarma tarix, əsassız torpaq iddiaları, ardından da insanlığa qarşı fiziki və mənəvi terror. Son 26 ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, dinc sakinlərimizin və hərbçilərimizin məhv edilməsi ilə keçib. 1994-cü ildə atəşkəs barədə razılıq əldə olunsa da, erməni silahlı birləşmələri hər gün dəfələrlə bu razılığı pozaraq, Azərbaycan ordusunun mövqelərini və dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutub. Nəticədə Azərbaycanın minlərlə hərbçisi, dinc sakini həlak olub, ölkəmizə külli miqdarda maddi və mənəvi ziyan dəyib. Ermənistan silahlı birləşmələri iyulun 4-də növbəti dəfə Azərbaycanın Füzuli rayon Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəfə alaraq qəsdən 80 və 102 millimetrlik minaatanlardan, həmçinin dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə 1967-ci il təvəllüdlü Quliyeva Sahibə v əonun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib. "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva qeyd edib ki, Ermənistan hərbi birləşmələri beynəlxalq təşkilatların sülh çağırışlarına məhəl qoymur və işğal altındakı Azərbaycan ərazilərində insanlığa qarşı hərb icinayətlərini davam etdirirlər. Ermənistan rəhbərliyi sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirir, BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsini, eləcə də digər beynəlxalq sənədlərin tələblərini yerinə yetirməkdən imtina edir. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun bütün cəhdləri həmsədr ölkələrin (ABŞ, Rusiya, Fransa) prosesə ikili standartlarla yanaşması və açıq-aşkar Ermənistanın tərəfini tutması səbəbindən nəticəsiz qalıb". Onun sözlərinə görə, bu münaqişədən ən çox zərər çəkən Azərbaycan qadınlarıdır. Onlar bu müharibədə atalarını, ərlərini, övladlarını, qardaşlarını itirirlər. Üstəlik, Xocalı soyqırımı zamanı ermənilərə əsir düşmüş yüzlərlə Azərbaycan qadını əsirlikdə köməksiz vəziyyətdə olmazın işgəncələrə məruz qalmaqdadır: "Azərbaycan insan fəlakətinin qarşısını almaq üçün bütün gücünü münaqişənin dinc yolla həllinə yönəldib. Ölkə rəhbərliyi dəfələrlə erməni xalqı ilə dinc və yanaşı, mehriban qonşuluq şəraitində yaşamaq üçün lazım olan mesajları verib. Ermənistanın həm öz sərhədləri daxilində, həm də işğal olunmuş ərazilərimizdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirməsinə baxmayaraq, Azərbaycan tərəfi bunu etməyib. Bu gün Azərbaycan ərazisində on minlərlə erməni yaşayır və heç bir etnik diskriminasiyaya məruz qalmır. Azərbaycan beynəlxalq hüququn dünya dövlətləri tərəfindən rəsmən tanınmış subyektidir. Onun ərazi bütövlüyü və suverenliyi təhdid altındadır. Torpaqlarının 20%-i işğal olunub, 1 milyonadək sakini 25 ildir ki, məcburi köçkün vəziyyətindədir. Təəssüf ki, Azərbaycanın üzvü olduğu və sıx əməkdaşlıq etdiyi beynəlxalq qurumlarbu faktı görməzdən gəlir, bəyanatlar verməklə öz vəzifələrini bitmiş hesab edirlər. Bu təşkilatlara üzv olan dövlətlərin qarşılıqlı öhdəlikləri var. Onlar Azərbaycan ərazilərinin işğaldan azad olunması istiqamətində əməli işlər görməli, atəşkəs dövründə azərbaycanlı hərbçilərin və dinc sakinlərin öldürülməsinə qəti etirazlarını bildirməlidir. Ermənistan sülhə və Azərbaycan ərazilərini işğaldan azad etməyə məcbur edilməlidir. Bura Ermənistana siyasi təzyiqlərlə yanaşı iqtisadi təzyiqlər də daxildir. Beynəlxalq ictimaiyyət azərbaycanlılara qarşı törədilən bu cinayətlərə qarşı biganəliyə, işğalçı Ermənistanı himayə etməyə, ölkəmizə qarşı ikili standartlara son qoymalı, işğalın aradan qaldırılması üçün birmənalı addımlar atmalıdır. Biz "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi olaraq, beynəlxalq siyasi və humanitar təşkilatları Ermənistana "dur" deməyə çağırır, çoxsaylı insan faciələri və hərbi cinayətlərlə müşayiət olunan bu münaqişənin həllində Azərbaycana dəstək verməyə səsləyirik. Azərbaycana kömək əlinizi uzadın, Ermənistanı sülhə məcbur edin ki, uşaqlar ölməsin, anaların göz yaşları qurusun!" Qeyd edək ki, Azərbaycan ictimaiyyətinin məsələyə mövqeyi bəllidir. Azərbaycan xalqı və döbvləti hesab edir ki, beynəlxalq təçkilatlar baş verən faciəyə elə mövqe sərgiləməlidir ki, Ermənistan bir daha belə vəhşiliklərə əl atmaqdan çəkinsin. Odur ki,beynəlxalq ictimaiyyət cəbhə xəttində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdikləri cinayətlərə biganə qalmamalıdır. Xüsusən, Avropa Şurası, ATƏT PA və digər strukturlar baş verən faciə ilə yanaşı, gələcəkdə cəbhə xəttində belə halların təkrarlanmaması üçün qətiyyətli addımlar atmalıdır. ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişənin uzadılmasına yox, həllinin sürətləndirilmsinə yönəldilməlidir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq və regional qurumların erməni hərbi birləşləmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxması barədəki məlum 4 Qətnamə və qərarları işə düşməlidir. Eyni zamanda, ölkə ictimaiyyəti də mövqeyini ortaya qoymalıdır. Bu terror aktının və vandalizmin pislənməsi üçün beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciətlər davam etdirilməlidir.
Alim