DADP sədri: “İşğalçı beynəlxalq hüququn tələblərinə əhəmiyyət vermir”

“Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə Konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental  azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır”.  Bu barədə açıqlamanı Demokratik  Azərbaycan  Dünyası  Partiyasının (DADP) sədri Əlisahib Hüseynov verib.

"Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə Konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental  azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır".  Bu barədə açıqlamanı Demokratik  Azərbaycan  Dünyası  Partiyasının (DADP) sədri Əlisahib Hüseynov verib.

Ə.Hüseynov bildirib ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki əhalini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində 18 aylıq Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın həlak olması ilə bağlı bir çox beynəlxalq təşkilatlara müraciət ünvanlamışıq: "İngilis və fransız dillərinə tərcümə olunaraq bir neçə beynəlxalq təşkilata ünvanlanan müraciət həmçinin partiyamızın fəalları, gənclər təşkilatının üzvləri tərəfindən tvitlər və sosial şəbəkələrin digər imkanlarından istifadə edilərək yayılır."  

DADP sədri bildirib ki, bu hadisə bir daha sübut edir ki, işğalçı Ermənistan beynəlxalq hüququn tələblərinə, beynəlxalq təşkilatların çağırışlarına heç bir əhəmiyyət vermir: "Alxanlıdakı terror Sarkisyan  rejiminin qaniçən  mahiyyətini,  Azərbaycan xalqına  qarşı düşmənçilik münasibətini, xüsusən də onun uşaq qatili olduğunu növbəti dəfə əyani şəkildə nümayiş etdirdi. Bu, Sarkisyanın Azərbaycana qarşı birinci barbar hərəkəti deyil. O, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə  də Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən soyqırımın bilavasitə iştirakçısı olub.  Həmin vaxt amansızlıqla qətlə yetirilənlərdən 63-ü məhz azyaşlı uşaq olub. Təbii ki, bütün bunlar beynəlxalq təşkilatlara ünvanladığımız  müraciətdə  öz  əksini tapıb. Ümid edirik ki, dünya ictimaiyyəti,  Avropa Şurası, BMT üzvü olan ölkələr, xüsusən də Təhlükəsizlik Şurasının daimi üzvü olan böyük dövlətlər qeyd olunan faktlara layiqli qiymət verəcək, uşaq qatillərinə təzyiqlərini artıracaqlar".  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31