Millimiz 4 pillə gerilədi
Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Siyahıda bir sıra dəyişikliklər olub. Buna səbəb son 35 gündə DÇ-2018-in seçmə mərhələsində, Konfederasiyalar kubokunda keçirilən matçlar, həmçinin yoxlama görüşlərinin nəticələridi. Azərbaycan millisi yeni cədvəldə 80-ci yerdə qərarlaşıb. Yığmamızın hesabında 427 xal var.
6 İyul 2017 19:56 İdmanBu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Siyahıda bir sıra dəyişikliklər olub. Buna səbəb son 35 gündə DÇ-2018-in seçmə mərhələsində, Konfederasiyalar kubokunda keçirilən matçlar, həmçinin yoxlama görüşlərinin nəticələridi. Azərbaycan millisi yeni cədvəldə 80-ci yerdə qərarlaşıb. Yığmamızın hesabında 427 xal var.
Ötən ay 439 xalla planetin 76-cısı olan Robert Prosineçkinin yetirmələri 12 xal itirib. Buna Şimali İrlandiya ilə Bakıdakı seçmə oyunundakı 0:1 hesabı ilə məğlubiyyət səbəb olub. Nəticədə komandamız 4 pillə geriləyib. Apasport.az