Bu işğal uzun sürə bilməz
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin verdiyi məlumata görə Qarabağda iyulun 4-də baş vermiş qanlı hadisələrlə bağlı və eləcə də özünü qondarma “Dağlıq Qarabağ » təmsilçisi kimi təqdim edən Hovanes Gevorkyanın iyunun 22-də Fransanın TV 5 Monde telekanalındakı çıxışına etiraz olaraq Fransada fəaliyyət göstərən Azərbaycan Evi Bəyanat yayıb. Həmin Bəyanatların mətnini oxucularımızın diqqətinə təqdim edirik.
6 İyul 2017 15:39 SiyasətAzərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin verdiyi məlumata görə Qarabağda iyulun 4-də baş vermiş qanlı hadisələrlə bağlı və eləcə də özünü qondarma "Dağlıq Qarabağ " təmsilçisi kimi təqdim edən Hovanes Gevorkyanın iyunun 22-də Fransanın TV 5 Monde telekanalındakı çıxışına etiraz olaraq Fransada fəaliyyət göstərən Azərbaycan Evi Bəyanat yayıb. Həmin Bəyanatların mətnini oxucularımızın diqqətinə təqdim edirik.
Parisdəki Azərbaycan Evi Ermənistan Respublikasının silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinə qarşı törətdiyi qanlı hərbi provokasiyanı qətiyyətlə pisləyir. Bu hərbi müdaxilə nəticəsində Sahibə Quliyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyeva həlak olmuş, başqa bir dinc sakin, Sərvinaz Quliyeva yaralanmış və həmçinin, çoxsaylı mülki infrastruktura ziyan dəymişdir. Assosiasiyanın üzvləri faciə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verir və yaralanan qadının tezliklə sağalmasını arzu edir.
Xatırladaq ki, 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı, Azərbaycanlıların yaşadığı 7 rayon da daxil olmaqla Azərbaycan ərazisinin təxminən 20%-i Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Təxminən 1 milyon Azərbaycanlı döğma yurdundan qovulmuş, 20 min nəfər öldürülmüş, 50 min nəfərdən çox insan şikəst edilmişdir. Ermənistanın həbs düşərgələrində işgəncə və təzyiqlərə məruz qalmış dörd mindən (4000) çox azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Beynəlxalq Birlik Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini pisləsə də o, çağırışlara və beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymamaqda davam edir. BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin dərhal azad edilməsini və köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələri bu günə qədər cavabsız qalmışdır.
ATƏT-in 2005 və 2010-cu illərdə həyata keçirdiyi missiyaların hesabatları Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindəki qeyri-qanuni fəaliyyətini, o cümlədən, qeyri-qanuni məskunlaşma təcrübəsini, bu ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və mədəni irsin məhv edilməsini təsdiq edir.
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu vəziyyətin gərginləşməsinin və münaqişə zonasındakı insidentlərin əsas səbəbidir və münaqişənin dinc yolla həllində əsas maneədir. Didərgin düşmüş hər bir azərbaycanlı arzu edir ki, öz doğma yurduna qayıtsın. Bu işğal uzun sürə biməz.
Biz Azərbaycan icması adından ATƏT-in Minsk qrupunun həmsədri kimi vətənimiz Fransadan və eləcə də beynəlxalq ictimaiyyətdən xahiş edirik ki, bu təcavüzə qarşı səsini qaldırsın və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına yardım etsin
****
Baş Direktor cənab İv BİQO-nun və İnformasiya Departamentinin Direktoru cənab Andre QRETTENAND - ın nəzərinə:
Cənablar,
Bu müraciətimlə 22 iyun 20017-ci il tarixdə özünün Fransada "Dağlıq Qarabağın nümayəndəsi" kimi təqdim edən Hovanes Gevorkyanın iştirakı ilə "TV5 Monde" telekanalında " 64 dəqiqə, Frankofoniya" verilişində efirə getmiş reportaja münasibətimi bildirirəm . Sizin üçün dəqiqləşdirmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi 80-ci illərin sonlarında Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları nəticəsində başlamış və Azərbaycan ərazilərinin qanunsuz olaraq Ermənistan tərəfindən işğalına gətirib çıxarmışdır.
Dağlıq Qarabağ 1991-ci ilin sentyabrında keçirilmiş və nə Azərbaycan hakimiyyəti və Azərbaycan xalqı tərəfindən, nə də ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan mübahisəli bir referendum nəticəsində " müstəqil respublika" elan olunmuşdur. Ermənistanın özü də daxil olmaqla heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımamışdır. Etnik təmizləmə ilə müşahidə olunmuş bu qanlı münaqişə minlərlə insanın qaçqın və didərginə çevrilməsinə səbəb olmuşdur ki, bu gün Azərbaycan hakimiyyəti onların problemlərinin həlli ilə məşğuldur. 106-sı qadın və 63-ü uşaq olmaqla 613 nəfər mülki şəxsin vəhşicəsinə qətli və minlərlə sakinin əsirə çevrilməsi ilə nəticələnmiş Xocalı qırğını buna gözəl misaldır. Regionda sülh yaratmaq və Dağlıq Qarabağ münaqişəsini həll etmək məqsədi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) 1992-ci ildə Fransanın, Rusiyanın və Birləşmiş Ştatların həmsədrliyi ilə Minsk Qrupunu yaratmışdır. Amma Ermənistan bu günə qədər bu münaqişəin həlli istiqamətində bütün danışıqlardan yayınır.
Həmçinn Avropa Şurası Parlament Assambleyası və ATƏT ilə birlikdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Birləşmiş Millətlər Təşkilatı da bu işğalı qanunsuz hesab edir. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə (n° 822, 853, 874,884) Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını pisləyir və Azərbaycanın suverenliyini və onun ərazi bütövlüyünü bir daha təsdiqləyir. Bu qətnamələr işğalçı qüvvələrin dərhal və bütünlüklə işğal olunmuş Azərbaycan torpaqlarından heç bir şərt irəli sürmədən geri çəkilməsini tələb edir. Münaqişənin əvvəlindən bəri Fransada faktların yalnız bir versiyası təqdim olunmuşdur və biz təəssüf edirik ki, Dağlıq Qarabağın öz doğma torpaqlarından qovulmuş azərbaycanlı icması tamamilə görməzliyə vurulur. Azərbaycan əsilli fransız olaraq mən özüm bu hərbi işğaldan canı qurtulmuşlardan və həmin işğal olunmuş rayonlardan qaçqın düşmüşlərdən biri kimi öz adımdan, Dağlıq Qarabağın azərbaycanlı icması adından və eləcə də bir milyonluq qaçqın və didərginin adından Hovanes Gevorkyanın sizin verilişinizdəki çıxışına etiraz edirəm.
Biz çox inanırıq ki, sizin kanal Azərbaycan tərəfə də öz mövqeyini ifadə etmək imkanı verəcək və mən Ermənistandan, Dağlıq Qarabağdan və Azərbaycanın digər bölgəlrindən qovulmuş qaçqın və köçkünlərin, həmçinin hərbi təcavüzün qurbanına çevrilmiş bütün azərbaycanlıların nümayəndəsi kimi onları təmsl etməyə hazıram.
Təəssüflər olsun ki, mülki əhaliyə qarşı təcavüz hər gün davam edir və Ermənistan Respublikasının silahlı qüvvələrinin bu günlərdə, iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini hədəf seçərək insan ölümü ilə nəticələnmiş yeni hərbi provokasiyası buna misaldır. Bu sonuncu təxribat zamanı 2 yaşlı körpə qızcığaz və onun nənəsi öldürülmüş, digər bir mülki qadın yaralanmış və çoxlu sayda mülki obyektlərə ziyan vurulmuşdur.
Sizə səmimi salamlarımı və xoş münasibətlərimi yetirərək, ümid edirəm ki, sizinlə üzbəüz görüşüb fikirlərimi bölüşmək imkanım olacaq.
Səmimiyyətlə,
Mirvari FƏTƏLİYEVA
Azərbaycan Evinin Prezidenti
Tel : 06 21 11 24 84
Mail : contact.maison.azerbaï[email protected]