Azərbaycan qadınları beynəlxalq təşkilatlara müraciət etdilər
Azərbaycan qadınları, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər və İctimai Birliklər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində 4 iyul 2017-ci il tarixində Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul ediblər.
6 İyul 2017 14:37 Siyasət33 uşaq erməni terrorunun qurbanı olub, onlardan on dördü həlak olub, on doqquzu isə yaralanıb
Azərbaycan qadınları, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər və İctimai Birliklər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində 4 iyul 2017-ci il tarixində Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciət müəllifləri 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyalarlnda qeyd edilmiş əsas prinsiplərdən biri döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə, o cümlədən döyüş silahını yerə qoymuş qüvvələrin üzvləri ilə və xəstələnmə, yaralanma, tutulma və ya hər hansısa digər səbəb üzərindən sıradan çıxmış şəxslərə onların irqinə, dərisinin rənginə, dininə və ya əqidəsinə, cinsinə, mənşəyinə və ya əmlak vəziyyətinə və ya hər hansısa digər oxşar meyarlara görə heç bir ayrı-seçkilik qoyulmadan, bütün hallarda insani rəftar olunmasını nəzərə alaraq, 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan hüquqlarının Bəyannaməsininin əsas prinsiplərini əsas tutaraq, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında və Uşaq hüquqları haqqında Konvensyalarının məqsədlərini irəli çəkərək, BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizliyə dair Qətnaməsinin vacibliyini yenidən gündəmə gətirərək, Son günlər Ermənistan işğalçı qüvvələri tərəfindən yenidən atəşkəsin pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.