Təcili yardım həkimi bıçaqlandı
İyulun 6-da saat 2 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının qarşısında Qazax rayon sakini Ayaz Hüseynov münaqişə zəminində orada həkim işləyən Bakı şəhər sakini Əflatun Yusifovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ə.Yusifov xəstəxanaya yerləşdirilib. A.Hüseynov Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.
6 İyul 2017 14:36 Kriminalİyulun 6-da saat 2 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının qarşısında Qazax rayon sakini Ayaz Hüseynov münaqişə zəminində orada həkim işləyən Bakı şəhər sakini Əflatun Yusifovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ə.Yusifov xəstəxanaya yerləşdirilib. A.Hüseynov Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.