Ermənistan İrana qarşı Qərb sanksiyalarına qoşulmamalıdır – Şərqşünas rəyi – ÖZƏL
10:37 SiyasətOlaylar.az xəbər verir ki, "Ex Oriente" Şərqşünaslar İttifaqının sədri Arsen Qasparyan "Sputnik Ermənistan"a müsahibəsində bildirib ki, İrəvan ABŞ-nin İran aviasiya sektoruna tətbiq etdiyi yeni sanksiyalara qoşulmamalı və Qərb tərəfdaşlarını Tehranla münasibətlərin vacibliğinə inandırmalıdır. Mütəxəssis Tehranı Ermənistanın mühüm müttəfiqi adlandıraraq, ölkədə erməni icmasının da yaşadığını xatırladıb.
Qasparyanın sözlərinə görə, ABŞ və İsrailin hərbi təzyiqlərinə və iqtisadi mühasirəyə baxmayaraq, İranda hakimiyyət dəyişikliyi baş verməyib, hazırda regionda vəziyyət gərgin olaraq qalır və ABŞ-dəki seçkilərin nəticələrindən asılı olmayaraq, Vaşinqtonun anti-İran siyasəti dəyişməz olaraq qalacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31