Vətəndaş cəmiyyəti nümayəndələrindən beynəlxalq təşkilatlara çağırış

Ermənistan terrorçuluq və işğalçılıq siyasətinə sadiq qalaraq cəbhə xəttində çirkin təxribat hərəkətlərini davam etdirir.  Bu günlərdə işğalçı ölkə daha bir təxribata əl ataraq mülkü vətəndaşları hədəfə alıb. Belə ki, iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı Sahibə Allahverdiyeva ermənilərin açdığı atəş nətiəsində qətlə yetirilib, Sərvinaz Quliyeva isə ağır yaralanıb. Təssəüflər olsun ki, İrəvanın bu insanlıq əleyhinə cinayətinə beynəlxalq aləm səssiz qalmaqda davam edir. Dünya birliyinin bu səssizliyi isə işğalçı ölkəni daha aqressiv olmağa sövq edir. Nəticə etibarilə ermənilər neçə-neçə günahsız insanın həyatına son qoyur.

Beynəlxalq ictimaiyyətin ikili standartdan çıxış etməsi Ermənistana cinayətkar əməllərini davam etdirməyə zəmin yaradır

Ermənistan terrorçuluq və işğalçılıq siyasətinə sadiq qalaraq cəbhə xəttində çirkin təxribat hərəkətlərini davam etdirir.  Bu günlərdə işğalçı ölkə daha bir təxribata əl ataraq mülkü vətəndaşları hədəfə alıb. Belə ki, iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı Sahibə Allahverdiyeva ermənilərin açdığı atəş nətiəsində qətlə yetirilib, Sərvinaz Quliyeva isə ağır yaralanıb. Təssəüflər olsun ki, İrəvanın bu insanlıq əleyhinə cinayətinə beynəlxalq aləm səssiz qalmaqda davam edir. Dünya birliyinin bu səssizliyi isə işğalçı ölkəni daha aqressiv olmağa sövq edir. Nəticə etibarilə ermənilər neçə-neçə günahsız insanın həyatına son qoyur.

Ermənistanın son təxribat əməlləri və buna qarşı beynəlxalq aləm tərəfindən ciddi təpki göstərilməməsi isə Azərbaycan cəmiyyətində ciddi etiraz doğurur.  Baş vermiş hadisədən dərhal sonra cəmiyyətin bütün təbəqləri, xüsusilə vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın qeyri-insani davranışları, vandalizm hərəkətlərinə etiraz edərək beynəlxalq birliyi bu vəhşiliyə biganə qalmamağa çağırıblar.

Azərbaycan Respublikası Milli QHT Forumunun Gender Mərkəzinin baş vermiş məlum hadisə ilə bağlı yaydığı bəyanatda qeyd edilib ki, son hadisə tərkibində 42 qadın təşkilatını birləşdirən Gender Mərkəzinin bütün üzvlərinin hiddətinə və qəzəbinə səbəb olub. Bəyanatda təəssüf hissi ilə vurğulanıb ki, bir sıra dövlətlərin beynəlxalq hüquq normalarını yox, işğalı, vandalizmi, terroru özünün dövlət siyasətinə çevirmiş ermənistanı dəstəkləməsi cəzasızlıqdan azğınlaşmış bu qondarma forpostun, qadın və uşaq qatilinin təcavüzkar siyasətini davam etdirməsində böyük zəmin yaradıb: "Bir çox beynəlxalq təşkilatların bu münaqişəyə ədalətsiz yanaşmasının nəticəsidir ki, bu gün də Ermənistan XX əsrin sonlarında Xocalıda törətdiyi soyqırımın davamı olaraq yenə də amansızlıqla qocaları, qadınları, uşaqları qətlə yetirməkdən, təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini hədəfə almaqdan çəkinmir. Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrini dağıdan, bir çoxunu saxtalaşdıran, bu ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparan, bütün beynəlxalq hüquq normalarını, konvensiyalarını pozan ermənistana qarşı heç bir tədbirin görülməməsi Azərbaycana qarşı ikili standartların, qərəzli münasibətin və işğalçı dövlətə qarşı birbaşa dəstəyin nümayişkəranə sübutudur. Ermənistanın təcavüzkar və işğalçı siyasəti, ikili standartlara, qaniçən, uşaq qatili olan bu dövlətin törətdiyi cinayətlərə göz yuman, dəstək verən, bu münaqişənin sülh yolu ilə həll olunmasını bəhanə gətirərək işğal altında olan torpaqlarımızda ermənistanın möhkəmlənməsinə çalışan bütün dırnaqarası vasitəçilərə kəskin etirazımızı bildiririk. Dünya birliyini bu ədalətsizliyə qarşı çıxmağa çağırırıq".

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) də bəyan edir ki, 29 ildir müstəqil Azərbaycan Respublikasının BMT-nin də tanıdığı dövlət sərhədlərini pozaraq topaqlarımızın 20%-ni zəbt edən işğalçı Ermənistanın vandalizm siyasəti bütün çirkinliyi ilə davam etməkdədir. Bəyanatda qeyd edilir ki, Ermənistan hərbi birləşmələri 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının tələblərini və mülki əhalinin hüquqlarını müdafiə edən digər beynəlxalq razılaşmaları kobud şəkildə pozaraq uşaqları, qadınları və qocaları qətlə yetirməkdən çəkinmir: "Bu bir yandan Ermənistanın işğalçılıq mahiyyətinin bariz sübutudursa, digər yandan beynəlxalq ictimaiyyətin indiyədək rəsmi İrəvana qarşı təsirli addımlar atmamasının nəticəsidir. Çox təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və qeyri-adekvat davranışı, beynəlxalq ictimaiyyətin ikili standartdan çıxış etməsi işğalçıya cinayətkar əməllərini davam etdirməyə əlavə zəmin yaradır. Azərbaycanın mülki əhalisinə qarşı davamlı şəkildə törədilən bu cür ağır cinayətlər işğalçı Ermənistanın sülh yolu ilə zəbt etdiyi torpaqları tərk etməyə məcbur ediləcəyi ilə bağlı ümidləri aradan qaldırır və Azərbaycan Ordusunu işğalçıya qarşı müvafiq addımlar atmağa vadar edir. Münaqişə zonasında baş verəcək bütün hadisələrə görə məsuliyyət birmənalı olaraq işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Biz Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) olaraq münaqişənin sülh yolu ilə həllinə çağırış edən beynəlxalq institutlardan Ermənistanın Azərbaycanın mülki əhalisini - uşaqlara, qadınları və qocaları qətlə yetirməsi faktlarına səssiz qalmamağı, işğalın dərhal sona çatdırılması üçün qətiyyətli qərarlar qəbul etməyi tələb edirik. Hesab edirik ki, gec də olsa nəhayət beynəlxalq ictimaiyyət Ermənistanın dinc əhaliyə qarşı vandalizm siyasətini cavabsız qoymamalıdır.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti isə son hadisə ilə bağlı yaydığı bəyanatda bildirir ki, bu,  münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən birinci hal deyil. Cəmiyyət hesab edir ki, indiyədək işğalçıya qarşı ciddi təzyiq göstərilməməsi düşmənin davamlı azğınlığını daha da şiddətləndirir: "Davamlı şəkildə insanlığa qarşı hərbi cinayətlər törədən, beynəlxalq qurumların sülh çağırışlarına əhəmiyyət verməyən Ermənistan siyasi rəhbərliyinə qarşı beynəlxalq güclər tərəfindən heç bir addım atılmaması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsi bir daha onu göstərir ki, Ermənistan nəinki region üçün , eləcə də dünyada sülh üçün təhlükədir. Sonuncu hadisə Ermənistanın beynəlxalq hüquqa və humanizmə meydan oxuyan siyasi hakimiyyətinin terrorçu mahiyyətinin daha bir göstəricisidir. Biz münaqişənin nizamlanması məqsədilə sülh danışıqlarını təşkil edən ATƏT-in Minsk qrupunun hərəkətsizliyini və ikili standartlar nümayiş etdirməsini erməni tərəfinin bu cür təxribatlarının davamlı hal almasına gətirib çıxaran əsas səbəb kimi qiymətləndiririk. Biz dünya ictimayiyyətini, beynəlxalq qurumları Ermənistanın regionda sülhə təhdid olan davamlı hərəkətlərinə qarşı insani mövqe nümayiş etdirməyə, bu cür insidentləri törədən Ermənistanın cinayətkar siyasi rəhbərliyini lənətləməyə çağırırıq. Əks halda adekvat olaraq Azərbaycan əsgəri təmas xəttində mülki əhalini qorumaq məqsədilə işğal altında olan torpaqlarımızdakı təcavüzkar erməni silahlı qüvvələrinə qarşı layiqli cavab verəcəkdir. Biz Azərbaycan gəncləri olaraq bəyan edirik ki, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması nəticəsində ərazilərimizin işğal altında saxlanılmasını, dinc mülki əhalimizə qarşı terror əməllərinin davam etdirilməsini işğalçı dövlətə güzəştə getməyəcəyik.

Milli QHT Forumunun Uşağ Hüquqları üzrə Mərkəzi tərəfindən beynəlxalq təşkilatlara və xarici dövlətlərə ünvanlanan bəyənnamədə Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə güc tətbiq edilməsinin qarşısının alınması tələb olunur. Bildirilir ki, 25 ildən artıqdır  atəşkəs rejimində yaşamağımıza baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə əliyalın, silahsız dinc əhaliyə hucum etmiş, qadınları, uşaqları amansızlıqla qətlə yetirib. Bəyanatda daha sonra qeyd edilir ki, bu gün hər bir vətəndaş, o cümlədən, Azərbaycan qadınları da ölkə başçısının ədalətli mövqeyini dəstəkləyir: "Bu, Azərbaycan xalqının birlik və bərabərliyinin təcəssümüdür. Xalqımız bu münaqişənin beynəlxalq hüquqi norma və prinsiplərinə uyğun olaraq, siyasi yolla həll olunmasının tərəfdarıdır və eyni zamanda dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulmasını tələb edir. Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik ki,  Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən dərhal, tam vəqeyd şərtsiz çıxarılması təmin edilsin, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunsun.

Beynəlxalq Dialoq və İnkişaf Alyansı isə bəyan edir ki, son hadisə erməni vandalizmi aktı olaraq Ermənistan dövlətinin terrorçu fəaliyyətini bir daha sübut edir: "Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox yaşı vardır. "Böyük Ermənistan" dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar və Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr bu proqramın tərkib hissəsidir. Bu günə qədər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrinin - Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin yerinə yetirilməməsi atəşkəs rejiminin daim pozulmasına və dinc əhaliyə qarşı hərbi cinayətlərin davamlı hal almasına zəmin yardır".

Azadlıq Hərakatçıları Birliyi bəyan edir ki, ötən əsrin 80-ci illərindən başlayaraq, 30 ilə yaxın bir müddətdə xarici havadarlarının dəstəyinə arxalanaraq Azərbaycan xalqına qarşı terror siyasəti həyata keçirən ermənilərin və Ermənistan adlanan oyuncaq dövlətin növbəti əməli hər bir Azərbaycan vətəndaşının sonsuz hiddətinə səbəb olub. Birlik hesab edir ki, bu hiddəti daha da güçləndirən isə beynəlxalq birliyin, dünya güclərinin XXI əsrdə törədilən belə qeyri-insani vəhşiliklərə seyrçi münasibətlə yanaşmasıdır: "1992-ci ildən başlayaraq ən mötəbər beynəlxalq qurum olan BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan işğalçılıq siyasətini pisləyən və bu siyasətə qeyd-şərtsiz son qoyulmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, işğalçı ölkənin bu qətnamələrə məhəl qoymaması hələ də "dözümlə" müşahidə olunur. Halbuki, dünyanın müxtəlif regionlarında baş verənlərlə bağlı BMT TŞ-nın qətnamələri qəbul edilərkən, onun mürəkkəbi qurumadan icrasına start verildiyinijn dəfələrlə şahidi olmuşuq.Bu fakt qətiyyətlə onu düşünməyə əsas verir ki, BMT kimi nüfuzlu bir qurum da dünyanın güc mərkəzlərinin ikili standartlara əsaslanan maraqlarına xidmət edir və Azərbay-can xalqının bu qurumdan hansısa ədalətli addım gözləməsi sadəlövhlükdür". İctimai Birlik bəyan edir ki, Avropada sülhü və təhlükəsizliyi qorumaq adı ilə yaranan ATƏT-in, eləcə də Avropa Şurasının, həmçini Qarabağ konfliktini həll etmək missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu ağır faciəyə də seyrçi münasibət bəsləməsi təəccüb və təəssüf doğuran faktdır: "Dünya unudur ki, tarixən sülhsevər, tolerant dəyərlərə malik olan bu xalq, zaman-zaman bu cür vandalizmlərə qarşı mətanətlə mübarizə apararaq, ona lazımi dərs verməyi də bacarıb. Sadəcə, düşmənin də övladlarının gərəksiz müharibələrdə ölümünü istəməyən bir xalq kimi dözüm nümayiş etdirməkdədir. Ancaq bu dözüm artıq tükənib. Dünya birliyinin hadisələrə belə münasibətinin davam etdiyi təqdirdə, xalqımız erməni faşizmini yerində oturtmaq üçün bütün imkanlarını səfərbər etmək əzmindədir. O zaman baş verənlərin bütün məsuliyyəti erməni faşizminin və onlara havadarlıq edənlərin üzərinə düşəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31