Ermənistana sanksiyaların tətbiq edilməsi tələb olunur
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində cəbhə xəttindəki vəziyyət barədə Azərbaycan vətəndaşlarının qətlə yetirilməsi və yaralanması ilə bağlı bəyanat yayıb. Bəyanat dünyanın müxtəlif ölkələrinin dövlət rəhblərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlar və gənclər platformalarına göndərilməkdədir. “OLAYLAR”-a daxil olan bəyanatda Azərbaycan gəncləri adından beynəlxalq təşkilatları və dünya ölkələrini sülh və insanlıq naminə erməni silahlı qüvvələrinin törətdiyi qanunsuzluqları, insan haqqlarının pozuntusu faktlarını, suveren dövlətin torpaqlarını işğal altında saxladığını nəzərə alaraq Ermənistana qarşı sanksiyaların tətbiq olunması tələb edilir.
6 İyul 2017 13:09 SiyasətAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində cəbhə xəttindəki vəziyyət barədə Azərbaycan vətəndaşlarının qətlə yetirilməsi və yaralanması ilə bağlı bəyanat yayıb. Bəyanat dünyanın müxtəlif ölkələrinin dövlət rəhblərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlar və gənclər platformalarına göndərilməkdədir. "OLAYLAR"-a daxil olan bəyanatda Azərbaycan gəncləri adından beynəlxalq təşkilatları və dünya ölkələrini sülh və insanlıq naminə erməni silahlı qüvvələrinin törətdiyi qanunsuzluqları, insan haqqlarının pozuntusu faktlarını, suveren dövlətin torpaqlarını işğal altında saxladığını nəzərə alaraq Ermənistana qarşı sanksiyaların tətbiq olunması tələb edilir.
Bəyanata əsasən, Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq
Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status kvonun dəyişdirilməsini tələb etməlidirlər.