Burçuladze: "Rejimlə mübarizə aparan liderlər ləyaqətsizcəsinə təslim oldular" – ÖZƏL

Olaylar.az xəbər verir ki, 4 oktyabr işi üzrə məhkum edilmiş Paata Burçuladzenin oğlu Şukri Burçuladze digər məhkumlar - Murtaz Zodelava və Laşa Beridzenin prokurorluqla prosessual razılaşma əldə etmək müraciətinə kəskin münasibət bildirib. O, bu qərarın həbsxana qalmaqalını ört-basdır etmək məqsədilə verildiyini qeyd edərək, rejimlə mübarizə aparan liderlərin ləyaqətsizcəsinə təslim olduqlarını və "komandirlərin əsgərləri döyüş meydanında tək qoymamalı olduğunu" vurğulayıb. 

Xatırladaq ki, sözügedən iş üzrə məhkum olunmuş Murtaz Zodelava, Laşa Beridze, Guri Jvaniya və İrakli Çxvirkiya prosessual razılaşma bağlanmasını xahiş ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31