“İlin aktyoru” “Sərhəd” filmində

Musiqili Teatrının gənc aktyoru, tamaşaçıların Xalq yazıçısı Elçinin məşhur heakyələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasından baş rolun ifaçısı kimi yaxşı tanınan, 2017-ci ildə  “İlin aktyoru” mükafatına layiq görülən Əmrah Dadaşov İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət olunub. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, İranın “Günəşfilm” Studiyasında istehsal olunacaq şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammmetrajlı bədii filmində Ə. Dadaşov baş rolu – Aydın obrazını canlandıracaq. Filmin quruluşçu rejissoru və ssenari müəllifi İran İslam Respublikasının tanınmış sənətçilərindən olan Ali Abdalidir.

Musiqili Teatrının gənc aktyoru, tamaşaçıların Xalq yazıçısı Elçinin məşhur heakyələri əsasında hazırlanan "Baladadaşın toy hamamı" iki hissəli musiqili lirik komediyasından baş rolun ifaçısı kimi yaxşı tanınan, 2017-ci ildə  "İlin aktyoru" mükafatına layiq görülən Əmrah Dadaşov İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət olunub. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, İranın "Günəşfilm" Studiyasında istehsal olunacaq şərti adı "Sərhəd" olan ("Arpa çayı - ayrılıq nəğməsi") tammmetrajlı bədii filmində Ə. Dadaşov baş rolu - Aydın obrazını canlandıracaq. Filmin quruluşçu rejissoru və ssenari müəllifi İran İslam Respublikasının tanınmış sənətçilərindən olan Ali Abdalidir.

Artıq filmin çəkilişlərinə start verilib. Əmrah Dadaşov çəkilişlərdə iştirak etmək üçün qonşu ölkəyə yola düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31