Gündəm

Güclü külək davam edəcək

6 İyul 2017 12:31

İyulun 7-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Axşam dəyişkən buludlu olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. 

Zaxarova ermənilərin atəşi nəticəsində iki yaşlı Zəhranın və nənəsinin həlak olması ilə bağlı başsağlığı verib

6 İyul 2017 12:29

"Münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq". Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində biri azyaşlı olmaqla iki nərin həlak olmasına, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.

Bağlı qapı arxasından meyit tapılıb

6 İyul 2017 12:21

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1937-ci il təvəllüdlü Samayelova Roza Samayıl qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:01-də başa çatıb.

Azərbaycanlı deputatın qətnamə layihəsi ATƏT PA-nın gündəliyə salındı

6 İyul 2017 12:20

Belarusun paytaxtı Minsk şəhərində ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyası başlayıb. Öncə Daimi Komitənin iclası keçirilib və sessiyanın gündəliyinə salınacaq qətnamə layihələri müzakirə edilərək səsverməyə çıxarılıb.

Hindistanda hərbi təyyarə qəzaya uğrayıb

6 İyul 2017 12:16

Hindistan ordusuna məxsus MiQ-23 hərbi təyyarəsi ölkənin şimal-qərbində Racastan ştatında qəzaya uğrayıb. Təyyarə Balessar yaşayış məntəqəsi üzərindən uçarkən qəzaya uğrayıb. Təyyarədəki hər iki pilotun uğurla katapulta olunduqları bildirilib. Qəzanın baş vermə səbəbləri məlum deyil, araşdırmaya başlanılıb.

Hərbi attaşelər və xarici KİV nümayəndələri Alxanlı kəndində ermənilərin yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər 

6 İyul 2017 12:14

Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub. Hərbi attaşelər və xarici KİV nümayəndələri Füzuli rayonunun Alxanlı kəndində erməni silahlılarının yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər.

İtaliya parlamentinin üzvləri Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər

6 İyul 2017 12:11

İtaliya parlamentinin Deputatlar Palatasının üzvləri Kristina Bargero və Xalid Çauki, habelə Senatın üzvü Vito Petroçelli Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən, eləcə də Ermənistanın işğalçı siyasətini qınayan bəyanatlar veriblər.

Yaponiyada daşqınlarda 22 nəfər itib

6 İyul 2017 12:08

Yaponiyanın cənub qərbində Kyusyu adasında güclü yağışlar fəsadlara yol açıb. Daşqınlar nəticəsində 22 nəfərin itkin düşdüyü bildirilir. Hökumət Simane rayonunda xüsusi təhlükəli durumla bağlı xəbərdarlıq edib. Daha öncə isə polis Asakura şəhərində 1 nəfərin cəsədini aşkar etmişdi.

Le Monde: Azərbaycanlı uşağın ölümü Ermənistanın təcavüzkar siyasətinin nəticəsidir

6 İyul 2017 12:06

"Zəhra adlı azyşalı azərbaycanlı davam edən Dağlıq Qarabağ münaqişəsinin növbəti qurbanına çevrildi. Təxribatları davam etdirən Ermənistan uşağın və onun nənəsinin ölümündə birbaşa məsuliyyət daşıyır".

Məktəbəhazırlıq qrupları üçün dərs müddəti və tətil müddəti müəyyənləşdi

6 İyul 2017 12:04

Yeni tədris ilində məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq. Bu, təhsil naziri Mikayıl Cabbarovun “Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair “Qeydlər”də öz əksini tapıb.

Əmək Nazirliyi 14,5 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verib

6 İyul 2017 12:02

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin 14 506 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib. 

Avropa parlamentarilərindən Ermənistanın son təxribatları ilə bağlı tələb

6 İyul 2017 12:01

Avropa Parlamentinin üzvləri fransalı Rəşidə Dati, sloveniyalı İvo Vayql və latviyalı İveta Qriqule Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat barədə mətbuata açıqlama veriblər.

Yevgeni Mixaylov: "Bu, dəhşətli aksiyadır, vəhşilikdir, insanlığa nifrətdir”

6 İyul 2017 11:57

“Erməni hərbi birləşmələri tərəfindən iki yaşlı uşağın və yaşlı qadının öldürülməsi dəhşətli aksiyadır, vəhşilikdir, insanlığa nifrətdir”. Bu barədə “Analitika” mərkəzinin rəhbəri, rusiyalı politoloq Yevgeni Mixaylov Azərbaycanda fəaliyyət göstərən rusdilli saytlardan birinə açıqlama verərkən deyib.

Yol kənarında içərisində uşaq orqanları olan çanta tapıldı - VİDEO

6 İyul 2017 11:56

Polis yolda tapılan, içərisində uşaq orqanlarının olduğu plastik çanta ilə bağlı araşdırmalara başlayıb. Amerikanın Pensilvaniya ştatının Filadelfiya şəhərindəki mərkəzi prospektlərdən birində yol kənarına tərk edilmiş plastik çanta tapılıb.

Qadın efirdə ilanın başını qopardıb yedi - VİDEO

6 İyul 2017 11:54

"Britain's Got Talent"in Çin versiyasında səhnədə qorxulu anlar yaşanıb. Verilişə qatılan orta yaşlı qadın səhnədə münsiflərin və tamaşaçıların gözü qarşısında canlı ilanın başını qoparıb, dərisini soyub, sonra da yeyib.