Gündəm

"Dünya ictimaiyyətinin buna səssiz qalması dəhşətli tarixi səhvdir" - Amerikalı politoloq

6 İyul 2017 11:52

Dünya ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində törətdiyi zorakılıq aktlarını qınamalıdır. Bunu amerikalı politoloq Piter Teys ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı qız və onun nənəsinin ölməsi, eləcə də bir sakinin yaralanmasıyla nəticələnən hadisəni şərh edərkən deyib.

Jan-Fransua Mansel: "Ümid edirəm Fransanın yeni prezidenti Ermənistanın Füzulidə törətdiyi son cinayətinə göz yummayacaq"

6 İyul 2017 11:51

Füzuli rayonunun Alıxanlı kəndində günahsız nəvə və nənənin ölümü yolverilməz və bağışlanmaz cinayətdir. Bunu Fransa bürosuna müsahibəsində Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Alıxanlıda törətdiyi təxribat nəticəsində kənd sakinləri Quliyeva Sahibə və iki yaşlı Quliyeva Zəhranın həlak olması ilə bağlı məsələyə münasibət bildirən Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel deyib.

Bəs Zəhra Avropada doğulsaydı, onda necə olardı? - Həmsədrlərə şillə

6 İyul 2017 11:50

ATƏT-in Minsk qrupunun İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqlanddan (ABŞ) ibarət həmsədrləri iyulun 4-ü axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndində erməni zorakılığının qeydə alınması və dinc sakinlərin həlak olması ilə bağlı yaydığı bəyanatında deyiblər ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejimini pozmağı dayandırmağa çağırır: "Zorakılıq yalnız növbəti zorakılığı doğurur və heç nəyi həll etmir. Bu uzun illərdir davam edən münaqişənin yeganə humanist həll yolu tərəflərin danışıqlar masası arxasına keçməsidir".

İtalyan siyasətçi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı təcavüzünü pisləyib

6 İyul 2017 11:46

İtaliya parlamentinin Deputatlar Palatasının üzvü Xalid Çauki Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən bəyanat verib.

Milli QHT Forumunun Gender Mərkəzinin Bəyənnaməsi

6 İyul 2017 11:44

5 iyul 2017ci il tarixındə keçirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində 4 iyul 2017ci il tarixində Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı Azərbaycan Qeyri Hökumət Təşkilatlarının Milli Forumunun Uşağ Hüquqları üzrə Mərkəzin üzv uşaq təşkilatları tərəfindən Beynəlxalq təşkilatlara və xarici dövlətlərə qəbul edilmiş

Növbəti  erməni vandalizmi ilə bağlı Azadlıq Hərakatçıları  Birliyinin  bəyanatı

6 İyul 2017 11:42

Ötən əsrin 80-ci illərindən başlayaraq, 30 ilə yaxın bir müddətdə  xarici havadarlarının dəstəyinə arxalanaraq Azərbaycan xalqına qarşı terror siyasəti həyata keçirən ermənilərin və Ermənistan adlanan oyuncaq dövlətin növbəti əməli hər bir Azərbaycan vətəndaşının sonsuz hiddətinə səbəb olmuşdur.

Beynəlxalq Dialoq və İnkişaf Alyansının bəyanatı

6 İyul 2017 11:41

İyul 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin və mülki obyektlərinin atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olumuş, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdir. Bu hadisə erməni vandalizmi aktı olaraq Ermənistan dövlətinin terrorçu fəaliyyətini bir daha sübut edir.

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin bəyanatı

6 İyul 2017 11:40

İyul  4-də axşam saatlarında erməni silahlı birləşmələri Azərbaycan Respublikasının Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutmaqla dinc mülki əhaliyə qarşı növbəti təxribat törədərək kənd əhalisinin əmlaklarını dağıtmış və ən dəhşətlisi isə 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Quliyeva Sahibə İdris qızı qətlə yetirilmiş, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanmışdır. Təəssüflər olsun ki, bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən birinci hal olmayan və sülhə ciddi təhdid olan bu cür faktlar beynəlxalq qurumlar və dünya birliyi tərəfindən qınaqla qarşılansa da, indiyədək işğalçıya qarşı ciddi təzyiq göstərilməməsi düşmənin davamlı azğınlığını daha da şiddətləndirir. Soruşan yoxdur ki, Azərbaycan torpaqları olan Qarabağda və son insident ərazisi olaraq Füzuli rayonunda erməni əsgərinin nə işi var?

Milli QHT Forumunun Gender Mərkəzinin Bəyanatı

6 İyul 2017 11:35

2017-ci ilin iyul ayının 4-də ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın faciəvi surətdə həlak olması, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinazın isə ağır yaralanması tərkibində 42 qadın təşkilatını birləşdirən Gender Mərkəzinin bütün üzvlərinin hiddətinə və qəzəbinə səbəb olmuşdur.

Bəyanat: Beynəlxalq ictimaiyyət Ermənistanın dinc əhaliyə qarşı vandalizm siyasətini cavabsız qoymamalıdır

6 İyul 2017 11:33

Ermənistan silahlı qüvvələrinin mütamadi olaraq qoşunların təmas xəttində təxribatlar törətməsi və Azərbaycan vətəndaşları olan dinc əhalini atəşə tutmasının nəticəsində 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı Sahibə Allahverdiyeva qətlə yetirilib, Sərvinaz Quliyeva isə ağır yaralanıb. Artıq 29 ildir müstəqil Azərbaycan Respublikasının BMT-nin də tanıdığı dövlət sərhədlərini pozaraq topaqlarımızın 20%-ni zəpt edən işğalçı Ermənistanın vandalizm siyasəti bütün çirkinliyi ilə davam etməkdədir.

Füzulidə həyatını itirənlər üçün bütün məscidlərdə dualar oxunacaq TAPŞIRIQ

6 İyul 2017 11:31

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə 7 iyul tarixində paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə, habelə İdarənin xaricdəki səlahiyyətli nümayəndəliklərinin fəaliyyət göstərdiyi məkanlarda Cümə namazı zamanı 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Vadim Karasayev: “Mülki vətəndaşlara artilleriya zərbəsi vurulmağı kim əmr edib?”

6 İyul 2017 11:28

“Mülki vətəndaşların yaşadığı Azərbaycan kəndini qəsdən artilleriya zərbəsinə məruz qoymaq insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir”. Bu barədə ukraynalı politoloq Vadim Karasayev Fizulu rayonunun Alxanlı kəndində yaşanan qanlı insidenti şərh edərkən deyib.

ABŞ-ın Arizona Nümayəndələr Palatasının üzvü Sarkisyana açıq məktub göndərib

6 İyul 2017 11:27

İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi ilə bağlı ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının üzvü Donald Şuter (Donald Shooter) Ermənistan prezidenti Serj Sarqsyana açıq məktub ünvanlayıb. Məktubun bir surəti Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilib. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, məktubda mülki vətəndaşların, xüsusilə də uşaqların qətlə yetirilməsinin tamamilə qeyri-məqbul olduğu və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozduğu qeyd olunur.

İcraçı direktor: “Bu ədalətsizliyə son qoyulsun”

6 İyul 2017 11:25

Azərbaycan-Türkiyə Evi Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində nənə və nəvənin ölümünə münasibət bildirib. Təşkilatın icraçı direktoru Toğrul Allahverdili ATƏT-in Minsk Qrupunun fəaliyyətini pisləyib: “Bu məsələni sərt şəkildə pisləyirik. Tələb edirik ki, ATƏT-in Minsk Qrupu olaya ədalətli mövqe sərgiləməlidir. 25 ildir ki, bu qurum səmərəsiz fəaliyyət göstərir.

Səfir Şərqşünaslıq İnstitutunda

6 İyul 2017 11:18

Səudiyyə Ərəbistanının Respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.