Gündəm

Muzeylərinin fəaliyyətində yeni qaydalar

6 İyul 2017 11:17

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın muzeylərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları müzakirə olunub.

Beynəlxalq Altay Topluluqları Simpoziumu keçiriləcək

6 İyul 2017 11:16

İyulun 24-26-I tarixlərində İstanbulda, Aydın Universitetində 7-ci Beynəlxalq Altay Topluluqları Simpoziumu keçiriləcək. “Məskən-ailə və ailə dəyərləri” mövzusuna həsr olunmuş simpoziumda Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək. Tədbirdə ölkəmizi Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, eyni zamanda AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Faiq Ələkbərli təmsil edəcək. Bu barədə “OLAYLAR”-a məlumat verən Faiq Ələkbərli bildirib ki, simpoziumda "Türk-Turan Uygarliğinda “Ailə Fəlsəfəsinin rolu” mövzusunda çıxış edəcək.

Azay Quliyev Minsk Qrupunun həmsədrlərini tənqid etdi

6 İyul 2017 11:15

ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında Minsk Qrupunun həmsədrlərini tənqid edib. “Olaylar”a  daxil olan məlumata görə, Azay Quliyev çıxışında bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri illik sessiyaya dəvət olunsalar da, onlar dəvəti qəbul etməyiblər: “Onlar indiyədək danışıqlarda heç bir nəticəyə nail olmayıblar.

Ermənilər cəbhə xəttində yenə snayperləri işə saldı

6 İyul 2017 11:14

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 142 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Hərbi attaşelər və xarici KİV nümayəndələri Alxanlı kəndində səfərdədirlər

6 İyul 2017 11:11

Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.

Litvada ermənilərin təxribatının qarşısını alındı

6 İyul 2017 11:10

Litvada ermənilərin təxribatının qarşısı alınıb. Azərbaycanın Litvadakı səfirliyindən Publika.az-a bildirilib ki, iyulun 5-də Ermənistanın Litvadakı səfirliyinin Litva-Ermənistan Alyansı ilə birgə Vilnüs şəhərinin “Vartai” (Qapı) sərgi qalereyasında “Artsax: köhnə diyarda yeni dövlət” adlı sərgi təşkil etdiyini və sərgidə Azərbaycanın işğal altındakı ərazilərinə dair şəkillərin nümayiş olunduğunu aşkarlayıb.

Donald Şuter Sarkisyana açıq məktub yazdı

6 İyul 2017 11:07

İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi ilə bağlı ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının üzvü Donald Şuter (Donald Shooter) Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb.

“Putinin NATO-su”na Trampdan sürpriz: Rusiya sərhədlərində TƏHLÜKƏ

6 İyul 2017 11:02

Polşa və ABŞ Müdafiə Nazirlikləri arasında “Patriot” hava hücumundan müdafiə sistemlərinin Polşaya çatdırılması barədə müqavilə imzalanıb. Bu haqda Varşavada keçirilən brifinqdə Polşanın müdafiə naziri Antoni Maçereviç bildirib.

Novruz Məmmədov “Beynəlxalq QHT-lər niyə susurlar?!”

6 İyul 2017 10:59

İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq qeyri-hökumət təşkilatları Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı görəsən niyə ağızlarını açıb, bir söz demirlər, nə səbəbə susurlar? Qəribədir, deyilmi?”

Türk-Yapon birgə istehsalı olan film təqdim olunacaq

6 İyul 2017 09:56

İyulun 6 – da Türkiyə və Yaponiya arasındakı dostluğundan bəhs edən,  iki tarixi hadisəni izah edən film nümayiş olunacaq. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, Ərtoğrul freqatı faciəsinin 125 – ci il dönümü münasibəti ilə  çəkilən "Ərtoğrul 1890" filmi TRT 1 vasitəsilə tamaşaçılara təqdim olunacaq. Ssenarisini Eriko Komatsu'nun qələmə aldığı, rejissoruluğunu  Mitsutoshi Tanakanın üstələndiyi filmdə, Seiyou Uchino, Kenan Ece, Shioli Kutsuna, Alican Yücesoy, Yui Natsukawa, Uğur Polat, Yukiyoshi Ozawa, Mehmet Özgür, Deniz Oral və Tamer Levent kimi aktyorlar rol alır.

Annet Beninq festival jürisinə rəhbər təyin olundu

6 İyul 2017 09:46

Amerikalı aktrisa Annet Beninq 74-cü Venesiya festivalının münsiflər heyətinə başçılıq edəcək. Festivalın bədii rəhbəri Alberto Barberaın fikrincə, artıq uzun-uzun kişi siyahılarından imtina edib, qadınları beynəlxalq festivalların jürisi roluna dəvət etmək lazımdır. Sonuncu dəfə Venesiya festivalının jürisinə rəhbərlik edən qadın  aktrisa Ketrin Denev olub və bu, 2006-cı ildə baş verib.

Elçin Əzizov Savonlinna Opera Festivalında çıxış edəcək

6 İyul 2017 09:41

İyulun 7-dən avqustun 4-dək Finlandiyada Savonlinna Opera Festivalı keçiriləcək. Azərbaycanın əməkdar atisti Elçin Əzizov Rusiya Dövlət Akademik Böyük Teatrının yaradıcı heyətinin qastrolu çərçivəsində bu festivalda iştirak edəcək. İyulun 25-29-da festivalda nümayiş olunacaq P.Çaykovskinin “İolanta” operasında həmvətənimiz İbn Hakia obrazını canlandıracaq. Bu barədə məlumatlar Böyük Teatrın saytında və “operabase” portalında yer alıb.

Paris Azərbaycan Evi Fransa xalqına ermənilərin son təxribatını ifşa edən bəyannamə ünvanlayıb

6 İyul 2017 09:39

Paris Azərbaycan Evi Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alıxanlı kəndində iki nəfərin, o cümlədən 2 yaşlı körpənin ölümü ilə nəticələnən hərbi təxribatını qətiyyətlə pisləyən bəyanat yayıb.

“Nar bağı” filmi Avrasiya Beynəlxalq Film Festivalında

6 İyul 2017 09:37

İlqar Nəcəfin “Nar bağı” bədii filmi Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalına dəvət alıb. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan yeni ekran əsəri festivalın əsas müsabiqə proqramında yer alıb. Kinostudiyasından "Olaylar" - a bildirilib ki, festival iyulun 22-dən 28-dək Astanada keçiriləcək.

Lukaşenko: "Dağlıq Qarabağ probleminə ciddi şəkildə diqqət yetirməyin vaxtı çatıb"

6 İyul 2017 09:36

Belarus prezidenti Aleksandr Lukaşenko Avropa ölkələrini Dağlıq Qarabağ probleminə ciddi şəkildə diqqət yetirməyə çağırıb. Bunu o, ötən gün Minskdə ATƏT-in Parlament Assambleyasının 25-ci illik sessiyasının təntənəli açılış mərasiminə həsr olunmuş plenar iclası zamanı bildirib.