Elçin Əzizov Savonlinna Opera Festivalında çıxış edəcək
İyulun 7-dən avqustun 4-dək Finlandiyada Savonlinna Opera Festivalı keçiriləcək. Azərbaycanın əməkdar atisti Elçin Əzizov Rusiya Dövlət Akademik Böyük Teatrının yaradıcı heyətinin qastrolu çərçivəsində bu festivalda iştirak edəcək. İyulun 25-29-da festivalda nümayiş olunacaq P.Çaykovskinin “İolanta” operasında həmvətənimiz İbn Hakia obrazını canlandıracaq. Bu barədə məlumatlar Böyük Teatrın saytında və “operabase” portalında yer alıb.
6 İyul 2017 09:41 İncəsənətİyulun 7-dən avqustun 4-dək Finlandiyada Savonlinna Opera Festivalı keçiriləcək. Azərbaycanın əməkdar atisti Elçin Əzizov Rusiya Dövlət Akademik Böyük Teatrının yaradıcı heyətinin qastrolu çərçivəsində bu festivalda iştirak edəcək. İyulun 25-29-da festivalda nümayiş olunacaq P.Çaykovskinin "İolanta" operasında həmvətənimiz İbn Hakia obrazını canlandıracaq. Bu barədə məlumatlar Böyük Teatrın saytında və "operabase" portalında yer alıb.
E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", Sergey Prokofyevin "Üç portağal sevgisi", N.A.Rimski-Korsakovun "Çar gəlini", Jorj Bizenin "Karmen", Modest Musorqskinin "Boris Qodunov", Cüzeppe Verdinin "Traviata", "Don Karlos", Aleksandr Borodinin "Knyaz İqor" operalarında, İohan Ştrausun "Yarasa" operettasında yaddaqalan obrazlar yaradıb.