Azay Quliyev Minsk Qrupunun həmsədrlərini tənqid etdi
ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında Minsk Qrupunun həmsədrlərini tənqid edib. “Olaylar”a daxil olan məlumata görə, Azay Quliyev çıxışında bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri illik sessiyaya dəvət olunsalar da, onlar dəvəti qəbul etməyiblər: “Onlar indiyədək danışıqlarda heç bir nəticəyə nail olmayıblar.
6 İyul 2017 11:15 SiyasətATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında Minsk Qrupunun həmsədrlərini tənqid edib. "Olaylar"a daxil olan məlumata görə, Azay Quliyev çıxışında bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri illik sessiyaya dəvət olunsalar da, onlar dəvəti qəbul etməyiblər: "Onlar indiyədək danışıqlarda heç bir nəticəyə nail olmayıblar. Düşünürəm ki, Minsk Qrupu həmsədrləri ATƏT digər institutları ilə əməkdaşlıq etməlidirlər. Seçicilərimiz deputat olaraq bizdən hər zaman bu məsələdə inkişafın olub-olmadığı və Minsk Qqrupunun həmsədrlərinin məsələyə yanaşması barədə soruşurlar. Yenə də təklif edirəm ki, Minsk Qrupu həmsədrləri illik sessiyalarda iştirak etməyə dəvət edilsinlər".