Muzeylərinin fəaliyyətində yeni qaydalar

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın muzeylərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları müzakirə olunub.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın muzeylərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları müzakirə olunub.

AMEA- dan "Olaylar" - a bildirilib ki, mövzu ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Akademiyanın nizamnaməsi və "Elm haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq maddəsinə əsasən AMEA-nın elmi müəssisə və təşkilatları öz maddi-texniki bazalarını möhkəmləndirmək, əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Akademik qeyd edib ki, AMEA-nın muzeylərinin sahibkarlıq fəaliyyəti həmin qurumların nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun tənzimlənməlidir.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, "Azərbaycan Milli Elmlər Akademiyasının muzeylərinin sa­hib­kar­lıq fəaliyyətinin həyata keçirməsi Qaydası"nı təsdiq edib. Müvafiq elmi müəssisələrin rəhbərlərinə xidmətlərin bu Qaydalara uyğun olaraq göstərilməsini,qanunvericiliklə müəyyən edilmiş müqavilələr əsasında həyata keçirmək tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31