Rusiya Litvanı nüvə silahı ilə bağlı xəbərdar edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Litva öz ərazisində kütləvi qırğın silahlarının yerləşdirilməsinə qadağanı ləğv edərsə, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Əlbəttə ki, Rusiya öz təhlükəsizliyinin təminatlı şəkildə qorunması üçün bütün lazımi tədbirləri görməyə məcbur olacaq", - deyə Peskov bildirib.

Qeyd edək ki, daha əvvəl Litva teleradio şirkəti LRT Seym sədri Yuozas Olyakas-a istinadən ölkə hakimiyyətinin 2027-ci ilin əvvəlində Konstitusiyadan Litva ərazisində kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən müddəanı çıxarmağı planlaşdırdığını xəbər verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31