Beynəlxalq Dialoq və İnkişaf Alyansının bəyanatı
İyul 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin və mülki obyektlərinin atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olumuş, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdir. Bu hadisə erməni vandalizmi aktı olaraq Ermənistan dövlətinin terrorçu fəaliyyətini bir daha sübut edir.
6 İyul 2017 11:41 Siyasətİyul 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin və mülki obyektlərinin atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olumuş, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdir. Bu hadisə erməni vandalizmi aktı olaraq Ermənistan dövlətinin terrorçu fəaliyyətini bir daha sübut edir.
Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox yaşı vardır. "Böyük Ermənistan" dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar və Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr bu proqramın tərkib hissəsidir.
Bu günə qədər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrinin - Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin yerinə yetirilməməsi atəşkəs rejiminin daim pozulmasına və dinc əhaliyə qarşı hərbi cinayətlərin davamlı hal almasına zəmin yardır. Biz - Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq bütün beynəlxalq təşkilatları və sülhsevər dünya ictimaiyyətini, Ermənistanın vandalizm aktlarına, dinc əhalinin -
günahsız uşaqların, qadınların öldürülməsinə səssiz qalmamağa və öz bu cinayətlərə qarşı etiraz səslərini yüksəltməyə çağırırıq.