Milli QHT Forumunun Gender Mərkəzinin Bəyənnaməsi

5 iyul 2017ci il tarixındə keçirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində 4 iyul 2017ci il tarixində Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı Azərbaycan Qeyri Hökumət Təşkilatlarının Milli Forumunun Uşağ Hüquqları üzrə Mərkəzin üzv uşaq təşkilatları tərəfindən Beynəlxalq təşkilatlara və xarici dövlətlərə qəbul edilmiş

5 iyul 2017ci il tarixındə keçirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində 4 iyul 2017ci il tarixində Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı Azərbaycan Qeyri Hökumət Təşkilatlarının Milli Forumunun Uşağ Hüquqları üzrə Mərkəzin üzv uşaq təşkilatları tərəfindən Beynəlxalq təşkilatlara və xarici dövlətlərə qəbul edilmiş

Bəyənnamə

2017-ci il 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Fizuli rayonun Alxanlı kəndi 82 və 120 millimetirlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribat nəticəsində kəndin 1967-ci il təvəllüdlü sakini Quliyeva Səbinə İdris qızı və 2015-ci il təvəllüdlü, 2 yaşlı Quliyeva Zəhra Elnur qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Ermənistan dövlətinin bu çirkin hərəkət hüquqi aktları - Ermənistanın 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş millətlər təşkilatının "Ümumdünya İnsan Haqları Bəyənnaməsi"ni, "Vətəndaş və siyasi hüquqlar haqqında" Konvensiyanı, "Fövqaladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi" Bəyannəməsini kobud sürətdə pozur.

Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə güc tətbiq edilməsinin qarşısının alınması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki mülki əhali və əmlakın təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmüşdür.

Münaqişənin həll olunmasının prinsipial əsasını BMT Təhlükəsizlik Şürası tərəfindən qəbul edilmiş 822, 853, 874, və 884 saylı qətnamələr təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı güc tətbiq edilməsi və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur.

25 ildən artıqdır ki, atəşkəs rejimində yaşamağımıza baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə əliyalın, silahsız dinc əhaliyə hucum etmiş, qadınları, uşaqları amansızlıqla qətlə yetirmişlər. Ermənistanın bu kimi genişmiqiyaslı təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə böyük zərbə vurur. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ümumilikdə isə,

hadisələr nəticəsində 33 uşaq erməni terrorunun qurbanı olmuş, onlardan on dördü həlak olmuş, on doqquzu isə yaralanmışdır.

Bu gün bir vətəndaş, o cümlədən, Azərbaycan qadınları da ölkə başçısının ədalətli mövqeyini dəstəkləyir. Bu, Azərbaycan xalqının birlik və bərabərliyinin təcəssümüdür.

Xalqımız bu münaqişənin beynəlxalq hüquqi norma və prinsiplərinə uyğun olaraq, siyasi yolla həll olunmasının tərəfdarıdır və eyni zamanda dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulmasını tələb edir.

Biz, beynəlcalq huquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının Parlament Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsi ilə baqlı qətnamələrinintələblərinə əməl edilməsi, və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik:

1. Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən dərhal, tam vəqeyd şərtsiz çıxarılması təmin edilsin;

2. Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin edilsin.

3. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin edilsin;

4. Qoşunların təmas xətti boyunca məskunlaşan ərazilərdə sıx yaşayan azərbaycanlı əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınması dəyandırılsın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31