Növbəti  erməni vandalizmi ilə bağlı Azadlıq Hərakatçıları  Birliyinin  bəyanatı

Ötən əsrin 80-ci illərindən başlayaraq, 30 ilə yaxın bir müddətdə  xarici havadarlarının dəstəyinə arxalanaraq Azərbaycan xalqına qarşı terror siyasəti həyata keçirən ermənilərin və Ermənistan adlanan oyuncaq dövlətin növbəti əməli hər bir Azərbaycan vətəndaşının sonsuz hiddətinə səbəb olmuşdur.

Ötən əsrin 80-ci illərindən başlayaraq, 30 ilə yaxın bir müddətdə  xarici havadarlarının dəstəyinə arxalanaraq Azərbaycan xalqına qarşı terror siyasəti həyata keçirən ermənilərin və Ermənistan adlanan oyuncaq dövlətin növbəti əməli hər bir Azərbaycan vətəndaşının sonsuz hiddətinə səbəb olmuşdur. Bu hiddəti daha da güçləndirən isə beynəlxalq birliyin, dünya güclərinin XXI əsrdə törədilən belə qeyri-insani vəhşiliklərə seyrçi münasibətlə yanaşmasıdır. 1992-ci ildən başlayaraq ən mötəbər beynəlxalq qurum olan BMT-nin Təhlükəsizlik Şurasının  Ermənistan işğalçılıq siyasətini pisləyən və bu siyasətə qeyd-şərtsiz son qoyulmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, işğalçı ölkənin bu qətnamələrə məhəl qoymaması hələ də "dözümlə" müşahidə olunur. Halbuki, dünyanın müxtəlif regionlarında baş verənlərlə bağlı BMT TŞ-nın qətnamələri qəbul edilərkən, onun mürəkkəbi qurumadan icrasına start verildiyinijn dəfələrlə şahidi olmuşuq.Bu fakt qətiyyətlə  onu düşünməyə əsas verir ki, BMT kimi nüfuzlu bir qurum da dünyanın güc mərkəzlərinin ikili standartlara əsaslanan maraqlarına xidmət edir və  Azərbay-can xalqının bu qurumdan hansısa ədalətli addım gözləməsi sadəlövhlükdür.

Xocalı qətliamını törədib heç bir qınaqla qarşılaşmayan erməni faşizmi, təkcə son bir neçə il ərzində, azyaşlı uşaqlar da daxil olmaqla onlarla dinc Azərbaycan vətəndaşını qətlə yetirib. Əminik ki, belə bir vandal akt hansısa avropa ölkəsində baş versəydi, bunu törədənlər ən ağır üsullarla cəzalandırılardı.Bir tərəfdə danışıqlar görüntüsü yaradaraq, özünü sülh istəyən kimi qələmə verib, digər tərəfdə dinc əhalinin yaşayış məntəqələrini ağır silahlarla atəşə tutan, iki yaşlı körpəni qətlə yetirən faşist xislətli erməni vandallarının əməllərinə nədənsə siyasi və hüquqi qiymət verilmir. Avropada sülhü və təhlükəsizliyi qorumaq adı ilə yaranan ATƏT- in, eləcə də Avropa Şurasının, həmçini Qarabağ konfliktini həll etmək missiyasını üzərinə götürən ATƏT-in Minsk  Qrupu həmsədrlərinin  bu ağır faciəyə də seyrçi münasibət bəsləməsi təəccüb və təəssüf doğuran faktdır.
Beynəlxalq birliyin bütün bunlara laqeyd yanaşması Azərbayca xalqının hiddətini son həddə çatdırmışdır.Multikultural dəyərləri, tolerantlıq ənənələri, sülhsevərliyi  ilə dünyaya nümunə göstərən bir xalqa  qarşı belə münasibətin mövcudluğu, inanırıq ki, bəşəriyyətin gələcəyi ilə bağlı yaxçı nəsə vəd etmir.Dünya unudur ki, tarixən sülhsevər, tolerant dəyərlərə malik olan bu xalq, zaman-zaman bu cür vandalizmlərə qarşı mətanətlə mübarizə apararaq, ona lazımi dərs verməyi də bacarıb. Sadəcə, düşmənin də övladlarının gərəksiz müharibələrdə ölümünü istəməyən bir xalq kimi dözüm nümayiş etdirməkdədir. Ancaq bu dözüm artıq tükənmişdir. Dünya birliyinin hadisələrə belə münasibətinin davam etdiyi təqdirdə, xalqımız erməni faşizmini yerində oturtmaq üçün bütün imkanlarını səfərbər etmək əzmindədir. O zaman baş verənlərin bütün məsuliyyəti erməni faşizminin və onlara havadarlıq edənlərin üzərinə düşəcək. Arzu edərdik ki, dünya birliyi bu həqiqəti qəbul etsin və nəhayət  hərbi qarşıdurmanın növbəti dəfə qanlı savaş mərhələsinə keçməməsi üçün lazımi qərarlar qəbul etsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31