Vadim Karasayev: “Mülki vətəndaşlara artilleriya zərbəsi vurulmağı kim əmr edib?”

“Mülki vətəndaşların yaşadığı Azərbaycan kəndini qəsdən artilleriya zərbəsinə məruz qoymaq insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir”. Bu barədə ukraynalı politoloq Vadim Karasayev Fizulu rayonunun Alxanlı kəndində yaşanan qanlı insidenti şərh edərkən deyib.

"Mülki vətəndaşların yaşadığı Azərbaycan kəndini qəsdən artilleriya zərbəsinə məruz qoymaq insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir". Bu barədə ukraynalı politoloq Vadim Karasayev Fizulu rayonunun Alxanlı kəndində yaşanan qanlı insidenti şərh edərkən deyib.

Politoloq hesab edir ki, belə olan hallarda beynəlxalq təşkilatlar dərhal araşdırmalara başlamalı və hadisənin kim tərəfindən qəsdən törədilməsini müəyyənləşdirməlidir. "Sivilizasiya normalarından çıxış edərək, ilk növbədə Ermənistanın rəhbərliyi araşdırma aparmalıdır ki, mülki vətəndaşların yaşadığı bölgəyə artilleriya zərbəsinin vurulmasını kim əmr edib", - deyə qeyd edən Vadim Karasayevə görə, Azərbaycan simmetrik addım atarsa, bu daha çox qanın tökülməsinə gətirib çıxara bilər.

Ukraynalı politoloq cinayətkarların cəzalandırılmalı olduğunu deyərək, 30 ilə yaxındır davam edən Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olmadığını hesab etdiyini bildirib. O, yeni müharibənin hər an başlaya biləcəyini də istisna etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31