Milli QHT Forumunun Gender Mərkəzinin Bəyanatı

2017-ci ilin iyul ayının 4-də ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın faciəvi surətdə həlak olması, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinazın isə ağır yaralanması tərkibində 42 qadın təşkilatını birləşdirən Gender Mərkəzinin bütün üzvlərinin hiddətinə və qəzəbinə səbəb olmuşdur.

Çox təəssüflər olsun ki, bir sıra dövlətlərin beynəlxalq hüquq normalarını yox, işğalı, vandalizmi, terroru özünün dövlət siyasətinə çevirmiş ermənistanı dəstəkləməsi cəzasızlıqdan azğınlaşmış bu qondarma forpostun, qadın və uşaq qatilinin təcavüzkar siyasətini davam etdirməsində böyük zəmin yaratmışdır. Bir çox beynəlxalq təşkilatların bu münaqişəyə ədalətsiz yanaşmasının nəticəsidir ki, bu gün də Ermənistan 20- ci əsrin sonlarında Xocalıda törətdiyi soyqırımın davamı olaraq yenə də amansızlıqla qocaları, qadınları, uşaqları qətlə yetirməkdən, təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini hədəfə almaqdan çəkinmir. Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrini dağıdan, bir çoxunu saxtalaşdıran, bu ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparan, bütün beynəlxalq hüquq normalarını, konvensiyalarını pozan ermənistana qarşı heç bir tədbirin görülməməsi Azərbaycana qarşı ikili standartların, qərəzli münasibətin və işğalçı dövlətə qarşı birbaşa dəstəyin nümayişkəranə sübutudur.

Milli QHT Forumu Gender Mərkəzi, Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın faciəvi surətdə həlak olması münasibətilə şəhidlərimizin ailələrinə və bütün xalqımıza başsağlığı veririk.

Ermənistanın təcavüzkar və işğalçı siyasəti, ikili standartlara, qaniçən, uşaq qatili olan bu dövlətin törətdiyi cinayətlərə göz yuman, dəstək verən, bu münaqişənin sülh yolu ilə həll olunmasını bəhanə gətirərək işğal altında olan torpaqlarımızda ermənistanın möhkəmlənməsinə çalışan bütün dırnaqarası vasitəçilərə kəskin etirazımızı bildiririk!

42 təşkilatı özündə birləşdirən Gender Mərkəzi adından dünya birliyini bu ədalətsizliyə qarşı çıxmağa çağırırıq!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31