Müxalifət: “Parlamentdəki davalar orduya pis siqnaldır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentindəki qarşıdurma və insidentlər cəmiyyətə, xüsusilə orduya neqativ siqnal göndərir. Bunu müxalifətdən olan vitse-spiker Aram Vardevanyan deyib. "Güclü Ermənistan" fraksiyasının nümayəndəsi hakim "Vətəndaş Müqaviləsi" deputatlarının davranışını yolverilməz adlandırıb və bu gün parlamentdə baş verən insidentlərə görə məsuliyyəti onların üzərinə qoyub.

"Biz daim orduda faciəvi hallardan, hərbçilər arasında münaqişələrdən, eybəcər adət və qaydalardan danışırıq. Amma başa düşməliyik ki, parlament divarları arasında öz əməllərimiz və davranışımızla orduya, hərbçilərimizə neqativ siqnal göndəririk. Biz ədəb normalarına riayət etməliyik. Yeri gəlmişkən, bu, həm də qanunun tələbidir", - deyə Vardevanyan bildirib.

Qeyd edək ki, səhərdən Milli Məclisdə hakim "Vətəndaş Müqaviləsi" və müxalif "Güclü Ermənistan" deputatları arasında bir neçə əlbəyaxa və sözlü qarşıdurma baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31