Azərbaycanlı deputatın qətnamə layihəsi ATƏT PA-nın gündəliyə salındı
Belarusun paytaxtı Minsk şəhərində ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyası başlayıb. Öncə Daimi Komitənin iclası keçirilib və sessiyanın gündəliyinə salınacaq qətnamə layihələri müzakirə edilərək səsverməyə çıxarılıb.
6 İyul 2017 12:20 SiyasətBelarusun paytaxtı Minsk şəhərində ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyası başlayıb. Öncə Daimi Komitənin iclası keçirilib və sessiyanın gündəliyinə salınacaq qətnamə layihələri müzakirə edilərək səsverməyə çıxarılıb. "Olaylar" xəbər verir ki, təqdim olunan 15 qətnamə layihəsindən 14-ü sessiyanın gündəliyinə daxil edilib. Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu "Multikulturalizm - qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu" qətnamə layihəsi gündəliyə salınan 7-ci qətnamə layihəsi olub. Qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə, ATƏT regionunda demokratik inkişafa töhfə vermək və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində yaymağı nəzərdə tutur.