Yevgeni Mixaylov: "Bu, dəhşətli aksiyadır, vəhşilikdir, insanlığa nifrətdir”

“Erməni hərbi birləşmələri tərəfindən iki yaşlı uşağın və yaşlı qadının öldürülməsi dəhşətli aksiyadır, vəhşilikdir, insanlığa nifrətdir”. Bu barədə “Analitika” mərkəzinin rəhbəri, rusiyalı politoloq Yevgeni Mixaylov Azərbaycanda fəaliyyət göstərən rusdilli saytlardan birinə açıqlama verərkən deyib.

"Zəhra Quliyevanın qətlində iştirak etmiş qatillərin məhv edilmələri üçün Azərbaycanda peşəkar və xüsusi təcrübəyə malik hərbçilər var" 

"Erməni hərbi birləşmələri tərəfindən iki yaşlı uşağın və yaşlı qadının öldürülməsi dəhşətli aksiyadır, vəhşilikdir, insanlığa nifrətdir". Bu barədə "Analitika" mərkəzinin rəhbəri, rusiyalı politoloq Yevgeni Mixaylov Azərbaycanda fəaliyyət göstərən rusdilli saytlardan birinə açıqlama verərkən deyib.

"İrəvanda mövcud olan müəyyən güclərin hərəkətləri də şahidlik edir ki, Azərbaycan münaqişənin həllinə nə qədər səy göstərirsə, Ermənistan da bir o qədər müharibəni qızışdırmağa çalışır",- deyə Mixaylov bundan əmin olduğunu bildirib.

Rusiyalı politoloq vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq özünü sivilizasiyalı kimi göstərərək qarşı tərəfin murdarlığını qətiyyən təkrarlamayacaq: "Bu cür varvarlıq səviyyəsinə enmək olmaz".

Siyasi eksper həmçinin qeyd edib ki, 2 yaşlı Zəhranın qətlində bilavasitə iştirak etmiş qatillərin tapılaraq məhv edilmələri üçün Azərbaycanda kifayət qədər peşəkar və xüsusi təcrübəyə malik hərbçilər var. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31