Sahibə Qafarova PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində Parlamentlərarası İttifaqın 153-cü Assambleyasının açılış mərasimi keçirilib. Milli Məclisdən "Olaylar"a bildirilib ki, mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova iştirak edib.

Tədbirdə Tanzaniyanın Baş naziri Mviqula Nçemba, parlamentin sədri Mussa Zungu, Parlamentlərarası İttifaqın Prezidenti Tulia Akson və təşkilatın Baş katibi Anda Filip çıxış edərək keçiriləcək müzakirələrin aktuallığı barədə fikirlərini bildiriblər. Açılış mərasimində müasir beynəlxalq münasibətlər sistemində milli parlamentlər arasında əməkdaşlığın əhəmiyyəti, o cümlədən Parlamentlərarası İttifaqın fəaliyyəti haqqında da danışılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31