Yol kənarında içərisində uşaq orqanları olan çanta tapıldı - VİDEO

Polis yolda tapılan, içərisində uşaq orqanlarının olduğu plastik çanta ilə bağlı araşdırmalara başlayıb. Amerikanın Pensilvaniya ştatının Filadelfiya şəhərindəki mərkəzi prospektlərdən birində yol kənarına tərk edilmiş plastik çanta tapılıb.

Polis yolda tapılan, içərisində uşaq orqanlarının olduğu plastik çanta ilə bağlı araşdırmalara başlayıb. Amerikanın Pensilvaniya ştatının Filadelfiya şəhərindəki mərkəzi prospektlərdən birində yol kənarına tərk edilmiş plastik çanta tapılıb. Çantanı tapan şəxs polisə xəbər verib. Hadisə yerinə gələn polislər çantanı açarkən şoka düşüblər. Belə ki, onlar çantanın içərisində insan orqanlarının olduğunu görüblər. Çantada nə insan bədəni olub, nə də sümüklər. Çantada, sadəcə, uşaq orqanlarının olması polisləri dəhşətə gətirib. Məsələ ilə bağlı araşdırmalar aparır. Milli.az "Mirror"a istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31