Azərbaycan milli maraqlara əsaslanan müstəqil xarici siyasət həyata keçirir-Özəl

"Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə ardıcıl və məqsədyönlü şəkildə davam etdirildi. Müstəqilliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması, iqtisadi dayanıqlığın təmin edilməsi, hərbi potensialın artırılması və milli maraqların müdafiəsi bu siyasətin başlıca istiqamətlərini təşkil etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, regionların inkişafına xüsusi diqqət yetirilməsi, enerji və nəqliyyat layihələrinin genişləndirilməsi Azərbaycanın imkanlarını daha da artırdı. Eyni zamanda, beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan müstəqil siyasətin həyata keçirilməsi ölkəmizin xarici əlaqələrinin şaxələndirilməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə şərait yaratdı. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ordu quruculuğunun davam etdirilməsi, müdafiə sənayesinin inkişafı da qarşıya qoyulan strateji məqsədlərin mühüm tərkib hissəsinə çevrildi. Bu ardıcıl siyasət nəticəsində Azərbaycan qarşıya qoyduğu strateji məqsədlərə mərhələli şəkildə yaxınlaşdı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi: "İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası. 2003-cü ildə mən ilk dəfə Prezident seçiləndə onu bəyan etmişdim ki, bu, əsas vəzifə olacaq. Biz o şərəfli missiyaya nail olmaq üçün hər gün, hər saat addımlayırdıq və istədiyimizə nail olduq. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31