Terror Ermənistanın dövlət siyasətinə çevrilib
Son hadisələr bir daha göstərdi ki, Ermənistan qətiyyətlə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyil və İrəvan imkan düşdükcə cəbhə xəttində vəziyyəti gərginləşdirməyə, bununla da hərbi əməliyyatların aktiv fazaya qədəm qoymasına maraqlıdır. Əks təqdirdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 15-də Avstriyada bir araya gələcəyi ərəfəsində İrəvan yeni bir təxribata əl atmazdı. Ümumiyyətlə, Ermənistan hər dəfə danışıqlar ərəfəsində cəbhədə vəziyyəti planlı şəkildə gərginləşdirir ki, sülh danışıqları nəticəsiz qalsın və heç bir effekt verməsin.
6 İyul 2017 12:47 SiyasətEldəniz Səlimov: "ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiqlər göstərməlidir"
Son hadisələr bir daha göstərdi ki, Ermənistan qətiyyətlə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyil və İrəvan imkan düşdükcə cəbhə xəttində vəziyyəti gərginləşdirməyə, bununla da hərbi əməliyyatların aktiv fazaya qədəm qoymasına maraqlıdır. Əks təqdirdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 15-də Avstriyada bir araya gələcəyi ərəfəsində İrəvan yeni bir təxribata əl atmazdı. Ümumiyyətlə, Ermənistan hər dəfə danışıqlar ərəfəsində cəbhədə vəziyyəti planlı şəkildə gərginləşdirir ki, sülh danışıqları nəticəsiz qalsın və heç bir effekt verməsin. Bu da onun işğalçılıq mahiyyəti və vandalizm siyasətindən irəlı gəlir. Elə millət vəkili Eldəniz Səlimov da bu qənaətdədir. Onun sözlərinə görə, 2 yaşlı Zəhranın timsalında günahsız körpələrin qətlə yetirilməsi işğalçı və təcavüzkar Ermənistanın terrorçu siyasətinin mahiyyətini ortaya qoyur: "Terror və terrorçuluq fəaliyyəti artıq Ermənistanın dövlət siyasətinə çevrilib və bu, 2 yaşlı körpə balamız Zəhranın qətlə yetirilməsi ilə özünü bir daha əyani şəkildə göstərdi". Eldəniz Səlimov deyib ki, 25 il bundan əvvəl olduğu kimi terrorçu, vəhşi, quldur, qaniçən Ermənistan hakimiyyətinin işğalçılıq siyasəti bu gün də davam edir, dinc əhali hədəf alınır". Onun sözlərinə görə, 1992-ci ildə Xocalı soyqırımını törədən vəhşi ermənilər bu gün də körpə, günahsız Zəhraları qətlə yetirməklə öz cinayət əməllərini davam etdirirlər: "Qüdrətli və güclü Azərbaycan Ordusu öz ərazi bütövlüyünün bərpası uğrunda ədalətli mübarizə apardığı, düşmən təxribatlarının qarşısını aldığı halda, bəşər cəmiyyəti üçün hər zaman təhlükə olan, insani xüsusiyyətlərdən uzaq olan vandal ermənilər isə yalnız dinc əhaliyə güllə atmaqla öz şərəfsiz və çirkin əməllərini bir daha ortaya qoyurlar". Eldəniz Səlimov deyib ki, quldur və terrorçu ermənilərin bu əməlləri cavabsız qalmayacaq, güclü və şərəfli Azərbaycan Ordusu və torpaqlarımızın keşiyində dayanan qəhrəman əsgərlərimiz adekvat addımlar atacaq, 2016-cı ilin aprel ayında olduğu kimi yenidən düşmənə öz yerini göstərəcək: "Bu cinayətkar əməlləri törədən ermənilər gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Şübhəm yoxdur ki, onlara havadarlıq edən qüvvələrin və bəzi beynəlxalq təşkilatların ikili yanaşmasına baxmayaraq, bu əməllərin sahibləri cəzasız qalmayacaq". Millət vəkili onu da deyib ki, işğalçı və təcavüzkar Ermənistan silahlı birləşmələrinin dinc əhalimizə və mülki obyektlərimizə hücumları insan haqlarının, 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır: "Düşmənin təxribat xarakterli əməlləri cəbhə bölgəsində yaşayan soydaşlarımızda qorxu yaratmaq məqsədi daşıyır. Ancaq azğın düşmən unudur ki, xalqımız, Azərbaycan Ordusu güclüdür, mübarizdir, heç nədən qorxmur. Xüsusilə, cəbhə
bölgəsində yaşayan soydaşlarımız daim azğın düşmənlə üz-üzə dayansalar da qorxmaz, mərd şəkildə öz həyatlarını davam etdirir, torpaqlarımızın düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözləyirlər. Şübhəsiz ki, o gün uzaqda deyil. Kimsə də buna şübhə etməsin və edə də bilməz". Millət vəkili onu da bildirib ki, bəzi beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələdə qətiyyətli mövqe ortaya qoymalı, işğalçı Ermənistana təzyiqlər göstərilməlidir. "Təəssüf ki, artıq 25 ildir biz bunun şahidi olmuruq. Zaman-zaman regiona səfər edən və protokol xətrinə bəyanatlar yayan həmsədrlər qəti şəkildə mövqe ortaya qoymurlar. Onlar işğalçı ilə işğala məruz qalana eyni münasibət sərgiləyirlər. Bu isə Azərbaycan ictimaiyyətində böyük təəssüf hissi doğurur və Minsk qrupunun fəaliyyətinə böyük şübhələr yaradır. Günahsız körpələrin qətlə yetirilməsi vandal Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoyur. Beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu bunu dilə gətirməli, ikili standartları bir kənara qoyub ədalətli mövqe nümayiş etdirməli, Ermənistanı işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməyə, soyqırımı siyasətini dayandırmağa məcbur etməlidir".
Məhəmməd