Gündəm

Vətəndaş məmnunluğuna xidmət edən yeniliklər

20 İyul 2017 15:34

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlıq və şəffaflıq prinsipləri təmin edilməklə vətəndaşlara xidmət edir. Komitədən “Olaylar”a verilən məlumata görə, bu məqsədlə daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşməsi, optimallığın artırılması prioritet məsələlərdəndir.

Oğuzda tütünçülüyün və bağçılığın inkişafı təşviq edilib

20 İyul 2017 15:32

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iyulun 20-də Oğuz rayonunda işgüzar forumu keçirib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 2215 investisiya layihəsinin maliyyələşdirilməsinə 99,6 milyon manat güzəştli kredit verilib.

Ölkədə fikir və söz azadlığı inkişaf edir

20 İyul 2017 15:28

Demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı hər bir ölkədə olduğu kimi Azərbaycanda da yüksək səviyyədə qorunur, təmin edilir. Ölkəmizdə bu prinsiplər qanunvericilik aktlarında da təsbit edilir, öz əksini tapır. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində məhz fikir, söz, məlumat azadlığından bəhs edilir.

Qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cinayət məsuliyyətindən azad olunacaqlar

20 İyul 2017 15:20

Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərdə vergi borcu ilə bağlı bir sıra yeniliklər təsbit olunub. Vergilər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, vergi borclarının dövlət büdcəsinə alınmasının tam həcmdə və operativ təmin edilməsi məqsədilə vergiödəyicisinin siyahıya alınmış əmlakının icra məmurunun sifarişi əsasında elektron hərrac vasitəsilə satılması, vergiödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait barədə, habelə siyahıya alınmış əmlakların satılması üçün icra məmurları tərəfindən edilmiş sifarişlər üzrə rüblük məlumatların vergi orqanlarına elektron şəkildə təqdim edilməsi də bu yeniliklər sırasındadır.

"Arsenal"ın bir neçə futbolçusu qidadan zəhərləndi

20 İyul 2017 15:18

"Arsenal"ın bir neçə futbolçusu Çində qidadan yüngül zəhərlənib. Problemlə təxminən 4 futbolçu üzləşib. Baş məşqçiArsen Venqer onlara Beynəlxalq Çempionlar Kubokunda "Bayern Munich"ə qarşı görüşdə tam oynamağa imkan yaratmayıb. Təcrübəli mütəxəsis futbolçuların vəziyyəti pisləşməsin deyə bu addımı atdığını bildirib. Zəhərlənən futbolçular Per Mertezaker, Olivye Jiru, Teo Uolkott və Zead Kolaşinats olub.

Erməni sevgisi olan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

20 İyul 2017 15:14

Düşmənimiz ermənilərlə münasibəti olan, bu münasibətə görə ictimaiyyət tərəfindən qınanılan azərbaycanlı məşhurlar az deyil. Onların arasında 27 ildir ki, torpaqları erməni tapdağında olan, hər il onlarla şəhid verən xalqın dəstəyi ilə "Xalq artisti" adına layiq görülən, məhz bu xalqın hesabına toy tutub pul qazanan müğənnilər var. 

Müğənni səhnədə vəfat etdi

20 İyul 2017 15:09

Fransalı müğənni Barbara Veldens 35 yaşında səhnədə dünyasını dəyişib. O, qastrol turu çərçivəsində Qurdon kəndində keçirilən festivalda çıxış edib. Konsertin yarısında onun halı pisləşib. Ehtimal olunur ki, müğənninin ürəyi dayanıb. Bəziləri isə Veldens gərginlik altına düşdüyünü iddia edir. Polis araşdırmalara başlayıb.

Evlərin qənimi ələ keçdi

20 İyul 2017 15:05

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-da rayon ərazisindəki evlərdən birindən 300 manat pul və 1500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hafiz Allahverdiyev tutulub.

“Jurnalistlərə mənzillərin verilməsi onların yaşayış şəraitinin yaxşılaşdırılmasına diqqətlə yanaşıldığını göstərir”

20 İyul 2017 15:05

"Mətbuat işçilərinə evlərin paylanması, mətbuatın necə vacib sahə olduğunun bariz nümunəsidir”. Bunu  "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Vüqar Rəhimzadə: "Bu, bütövlükdə Azərbaycan jurnalistikasına verilən dəyərdir"

20 İyul 2017 15:02

“Bu gün münasibətilə bütün həmkarlarımı və ölkə ictimaiyyətini təbrik edirəm. Çünki, informasiya, jurnalistikanın fəaliyyəti olmadan cəmiyyət də müəyyən mənada bu təminatdan qidalana bilməz”. Bunu “İki Sahil”qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə deyib.

Marko Verratti "PSJ"-ni qıcıqlandıran agentini dəyişdi

20 İyul 2017 15:00

"Barcelona"nın transfer etməyə çalışdığı Marko Verratti agentini dəyişib. 24 yaşlı yarımmüdafiəçi məşhur menecer Mino Rayola ilə çalışacaq. Verratti İnstagram səhifəsindən sabiq agenti Donato Di Kampliyə gördüyü işlərə görə təşəkkür edib. "Elan etmək istəyirəm ki, bu gündən etibarən idman maraqlarımı təmin edən yeganə şəxs Mino Rayoladır" - italyan futbolçu yazıb.

6 tələbənin ölümü DƏRS OLMADI: Qanunsuz sərnişin daşıyanlar iş başında - VİDEO

20 İyul 2017 14:46

Bu ilin martında Bakı-Sumqayıt yolunda sərnişin daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 6 tələbə ölmüş, 20-si yaralanmışdı. Qəzadan sonra mikroavtobusun qanunsuz reysdə olduğu, sürücünün də sərnişin daşıma üçün heç bir kriteriyaya cavab vermədiyi üzə çıxmışdı.

"Jurnalistlərə mənzillərin verilməsi Prezident İlham Əliyevin humanizmliyinin bariz nümunəsidir"

20 İyul 2017 14:40

"22 iyul - Milli Mətbuat Günü ərəfəsində jurnalistlərə növbəti dəfə mənzillərin hədiyyə edilməsi Prezident İlham Əliyevin humanizmliyinin daha bir bariz nümunəsidir". Bunu  açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

107 nəfərə qaraciyər, 356 nəfərə böyrək köçürülüb

20 İyul 2017 14:39

“Vətəndaşlarımızın 95 faizi qaraciyər və böyrək transplantasiyası üçün xaricə üz tutmur”. Bunu cərrah-transplantoloq, Mərkəzi Neftçilər Xəstəxanasının şöbə müdiri Mircəlal Kazımi deyib. O, qeyd edib ki, indiyə kimi 107 xəstəyə qaraciyər, 356 xəstəyə böyrək köçürülüb: “Nəticələrimiz dünya standartları ilə eynidir və transplantaloji cəmiyyətlər tərəfindən qəbul olunub”.

Nazir: Bütün sosial layihələr uğurla icra edilib

20 İyul 2017 14:37

Cari ilin ilk 6 ayında bütün dövlət proqramları və layihələri uğurla icra olunub. Bunu maliyyə naziri Samir Şərofov nazirliyin kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, konkret olaraq  investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsinə nail olunmuşdur.